Qaliboğlu E.

 

Payız ən çox sevdiyim fəsillərdəndir

 

Elnur Cəfərovun rəssamlıq qrafika sərgisi

 

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda rəssam Elnur Cəfərovun rəngkarlıq qrafika əsərlərindən ibarət sərgisi açılıb. Bu, 45 yaşlı rəssamın ilk fərdi sərgisidir. O, ardıcıl olaraq ömrünü rəssamlığa həsr edib. Bu sərgi onun insanlara sözüdür: "İnsanlara demək istəyirəm ki, həyatın bütün çətinliklərinə baxmayaraq daim onda yaxşı cəhətləri görmək lazımdır. Rəccamlıq əksər insanlara onların görmədiklərini görür göstərir. Hamımızın həyatı əzabla- əziyyətlə doludur, amma sarsılmaq olmaz. Hər halda hesab edirəm ki, belə əsərlər insanların əsəblərini sakitləşirir, az müddətə olsa da, onlara qayğılarını unutdurur".

Rəssamın yaradıcılığında doğulub boya-başa çatdığı doğma Balakəninin təbiəti xüsusi yer tutur: "Xüsusən payız vaxtı yarpaqların qızılı rəngə çalması həmişə məni özünə cəlb edib, duyğulandırıb. Təsadüfi deyil ki, payız ən çox sevdiyim fəsillərdəndir".

Sərgidəki əsərlərin çoxu təbiət gözəliklərinə həsr olunub. Təbiət rəsmlərində Abşeron, Kür sahili boyunca gözəliklər tamaşaçı yadaşında unudulmaz bir təəssürat yaradır.

Rəssam Azərbaycanın tanınmış şəxsiyyətlərinin portretlərini çəkmək ideyası ilə bağlı da düşünür. Amma o, rəssamın tanınmışların rəsmini çəkməklə imzasını tanıtmasını da məqbul saymır: "Yəni əgər çəkirsənsə, gərək təbii olsun, yaradıcılıqda sui-istifadə olmaz.

Rəssamın "Haylaçı Sənəm" (kətan, yağlı boya) əsəri diqqəti xüsusi cəlb edir. Bu əsər daha canlı təbii alınıb. O, deyir ki, əsərdə təsvir edilən qadın Balakən rayonunun Gülüzar kəndində yaşayıb: "Mərhum yazıçı Əzizə Cəfərzadə vaxtilə bu aşıq qadın haqqında xüsusi veriliş hazırlamışdı. Aşığın sifətini fotodan götürmüşəm, amma bunu da özüməməxsus işləmişəm".

Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev Elnur Rəsulovun özü demişkən, "ovqatının səmimilik qatı" belə açır: "Elnur Rəsulov hər hansı janra davamlı aludəçilik yaradır. Əsərlərində daha çox ovqat ifadəsinə kökləməyə meylli olan bu məziyyətin tamaşaçıya da yad olmadığını fəhmlə hiss etdiyindən ən müxtəlif janrlı əsərlərində bunu göstərməyə çalışıb. Onun süjetli kompozisiyasında portret mənzərənin, hətta natürmortunun da ovqat daşıyıcısı olması rəssamın həm istəyinin obrazlı görkəm almış bədii görünüşüdür. Onun əsərlərində heç dünyamız öz ənənəvi görkəmini itirməyib, əksinə, reallığını bir qədər qabardıb. Bu mənada "Şəhidlər bulağı" "İntizar", psixoloji "Qayıdış", "Yuxu", "Kür sahili" lirik ovqatlıdırsa, "Haylaçı Sənəm" "Köhnə Məhəllə" nostalji hisslərin "qaysağını qoparan" əsərlərdir. "Xalçayuyan", "Tut", "Bar" əsərlərində isə gözümüzdə adiləşən həyat motivlərində "gizlənən" mənəvi dəyərlərin estetik təqdimatı duyulan duyğulandırıcıdır. Rəssamın bir-birini al-qana qərq etməyə hazır olan xoruzları görüntüyə gətirən "Savaş" əsərindəki milli folklor adət-ənənəyə bağlılıq da qabarıqdır".

Sərgidə həmçinin rəssamın "Lənkəranlı qız", "Nigar", "Nazilə", "Nərminə", "Kəbirə" , "Dünya", "Loğman", "Tailandlı turist" başqa portret əsərləri diqqəti xüsusi çəkir. Rəssam rəng çalarlarından da məharətlə istifadə edə bilib.

 

Xalq cəbhəsi.-2007.-30 iyun.-S.15.