Nüşabə

 

Rəssamın əsərlərinin kataloqu nəşr edilib

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti, Rəssamlar ittifaqının üzvü Murad Allahverdiyevin əsərlərinin "Rəngkarlıq" adlı kataloqu buraxıhb.

Fransanın Azərbaycandakı səfirliyi və "ArcihiTech" jumalının dəstəyi ilə nəşr olunmuş kataloqa yazılmış ön sözdə bildirilir ki, Murad Allahverdiyev 1960-cı ildə Bakı şəhərində anadan olub. 1975-1979-cu iliərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb, sonradan Lyov Dövlət Dekorativ və Tətbiqi İncəsənət institutunda bədii şüşə üzrə rəssam ixtisasına yiyələnib. O, müxtəlif ölkələrdə keçirilən sərgilərin və simpoziumların fəal iştirakçısı olub, hazırda boyakarlıq sahəsində müvəffəqiyyətlə fəaliyyət göstərir. Bununla yanaşı, rəssamın bədii şüşədən yaratdığı füsunkar əl işləri də kifayət qədər şöhrat qazanıb.

Kataloqda rəssamın 20 rəngkarlıq əsəri nəşr edilib. Bu qəbildən "Şərq nağılı", "Xəzər üzərində alaqaranlıq", "Bədirlənmiş ay", "Batmış gəmilər adası", "Ekstaz" digər əsərlər öz dərin məzmunu, bədii gözəlliyi ilə diqqəti zb edir.

 

Palitra.- 2007.- 6 iyun.- S. 12.