Mədəniyyət və
Turizm Nazirliyi regional müşavirə keçirib
Mədəniyyət və Turizm Nazirliyi dünən
Şəkidə regional müşavirə
gerçəkləşdirib. Şəki Rayon İcra Hakimiyyətindən
(RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, müşavirədə
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının
icra başçıları,
sözügedən rayonların mədəniyyət və turizm şöbələrinin rəisləri,
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini Elçin Əfəndiyev, Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri İntiqam Babayev, müvafiq idarə və təşkilat nümayəndələri
iştirak edib. Müşavirədə giriş
sözü ilə çıxış edən
Şəki RİH-nin
başçısı Nazim
İbrahimov qonaqları
salamlayıb və müşavirənin məqsədi
barədə iştirakçılara
ətraflı məlumat
verib. Müşavirədə
çıxış edən
Ə. Qarayev ayrı-ayrı rayonlar üzrə mədəniyyət və
turizm sahəsində görülən işlər,
mövcud nöqsanlar barədə danışıb.
Müşavirə iştirakçıları
bölgənin ayrı-ayrı rayonları üzrə mədəniyyət
və turizmin inkişafını əks
etdirən videoçəkilişlərə
baxış keçirib,
mövcud işlər
və problemlər barədə fikir mübadiləsi aparıblar.
525-ci qəzet.- 2007.- 2 iyun.- S. 25.