Rəssas Ramiz Talıbovun xatirə gecəsi keçirildi

 

Dünən Rəssamlar İttifaqının təşəbbüsü ilə Vəcihə Səmədova adına Sərgi Salonunda mərhum rəssam Ramiz Talıbovun xatirə sərgisi keçirildi. Tədbiri Rəssamlar İttifaqının sədri Ənvər Qarayev açaraq rəssamın yaradıcılıq yollarına nəzər saldı.
   35 yaşında dünyasını dəyişən rəssam daha çox qrafika rəssamı kimi tanınır. Ramiz Talıbovun 65 illiyinə həsr olunan sərgidə onun müxtəlif mövzularda işlədiyi 40-a qədər qrafik əsərləri nümayiş olundu. Sonra tədbir iştirakçıları onun sənət əsərlərindən ibarət sərgini ziyarət etdilər.

 

Üç nöqtə.-2007.-2007.-21 iyun.-S.13