Azərbaycan xalça sənətinin Kamili kitabının təqdimatı olmuşdur

 

İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin kiçik akt salonunda istedadlı publisist və ədəbiyyatşünas alim Esmira Fuadın xalq rəssamı, qədim el sənətimizin görkəmli nümayəndəsi Kamil Əliyev haqqında yazdığı “Azərbaycan xalça sənətinin Kamili” kitabının təqdimatı olmuşdur.
Mərasimi açan MEA-nın Rəyasət heyətinin üzvü, akademiyanın həqiqi üzvü Nailə Vəlixanlı, akademiklər Rasim Əfəndiyev, Bəkir Nəbiyev, sənətşünaslıq doktoru Kubra Əliyeva, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Kitabxanasının müdiri Mayıl Əhmədov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və başqaları Azərbaycan xalçalarının dünya şöhrətli, bənzərsiz nümunələrini yaratmış Kamil Əliyevin ömür səhifələrindən və sənətindən söhbət açan, nəfis şəkildə və yüksək poliqrafik səviyyədə nəşr olunmuş kitabın məziyyətlərindən bəhs etdilər.
Bildirildi ki, xalqımıza əbədiyaşar şöhrət qazandırmış Kamil Əliyev sənətinin möcüzəsi, fəlsəfəsi, ilmələrdə yaşayan sənətkar ömrü kitabda şirin, oxunaqlı dillə, zəngin fakt və detallarla canlandırılmışdır. Müəllifin görkəmli xalçaçı rəssamın hələ sağlığında onun şəxsiyyyətinə, yaradıcılığına yaxından bələd olması, eyni zamanda xalça sənətinin tarixinə, mahiyyətinə, incəliklərinə dərindən bələdliyi həm elmi, həm də bədii cəhətdən sanballı bir kitabın ərsəyə gəlməsinə zəmin yaratmışdır. Kitabın “Kamil Əliyev və Azərbaycan xalçası” dastanı, “O gün dünya yeni bir istedadı qarşılayırdı”, “Dostluğa sadiq insan”, “Təşkilatçılıq da istedaddır”, “Xalça sənətinin gələcəyi haqqında düşüncələr”, “Ustada ehtiramını gizlətməyən şagird”, “Gerçəkləşməmiş arzular”, “Sevgisini xalça sənətində tapan sənətkar”, “Ustad xalçaçının son ilmələri”, “Sənsiz səninlə” bölmələrində xalqımızın tarixi qədər qədim olan xalçaçılıq sənətinin vurğunu, fədaisi Kamil Əliyevin heç də həmişə hamar olmayan uzun ömür yolunun ayrı-ayrı məqamları, mərhələləri, sənətkarın duyğu və düşüncələri öz əksini tapmışdır.
Çıxışlarda xüsusi vurğulandı ki, dünyada portret-xalçaların ən yaxşı nümunələrini Kamil Əliyev yaratmışdır. Bu sahədə ilk işi “Füzuli” xalçası olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev öz portreti toxunmuş xalçaya baxarkən susmuş, əlini ilmələrə sürtərək demişdi ki, Kamil, sənin xalçaların dil açıb danışır, insanı söhbətə çağırır. Həqiqətən də, bu xalçada ulu öndərimizin müdrikliyi, qətiyyəti, qüdrəti ən müxtəlif rəng çalarları fonunda elə məharətlə ifadə olunmuşdur ki, tamaşa edən hər kəsi heyrətləndirir. Kitabın dahi siyasətçi ilə xalça dahisi arasında səmimi dostluq münasibətlərindən bəhs edən səhifələrindəki məlumatlar da olduqca ibrətamizdir.
Kamil Əliyev sənətinin gücünü göstərən digər bir misal. Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl özünün portreti toxunmuş xalçanı görəndə heyrətini gizlədə bilməyərək demişdi: Bu, Süleyman Dəmirəldir, onda bəs mən kiməm?
Rəssamın anası Xanımın, Mir Mövsüm Ağanın, Atatürkün, ABŞ-ın eks-prezidenti Klinton və xanımının, İndira Qandinin, Şota Rustavelinin, Puşkinin portret-xalçaları yaxın-uzaq ölkələrdə yüksək dəyərləndirilmişdir. Bu xalçaları birləşdirən ən mühüm cəhət həm portret cizgilərinin, həm də xarakterlərin ilmələrə düzgün köçürülməsidir. Kitabda bir məqam da diqqətə çatdırılır ki, Kamil Əliyev istifadə etdiyi bütün rəngləri topladığı bitki və ağaclardan özü alar, ipləri də özü boyayardı. Bir də deyərmiş ki, xalçanı ya divardan asırlar, ya da üstündə namaz qılıb Allaha dua edirlər, gərək bu müqəddəsliyi qoruyub gözləyəsən.
Kitabda Kamil Əliyevin müəllifi olduğu bir sıra xalçaların rəngli şəkilləri də verilmişdir.
Kamil Əliyevin oğlu Cavanşir və nəşrin müəllifi Esmira Fuad böyük sənətkarın adını uca tutanlara, təqdimatda iştirak edənlərə razılıqlarını, bu şərəfli sənəti davam etdirənlərə xoş arzularını çatdırdılar.
Ustad sənətkarın əsərləri onun yadigar qoyub getdiyi Xalça muzeyində toplanmışdır. Qədim İçərişəhərdəki bu muzeyə gələn qonaqlar Azərbaycan xalq sənətinin zirvəsi olan xalçaçılığın sirli-soraqlı nümunələri ilə tanış olarkən, şübhəsiz ki, Esmira Fuadın çox böyük təəssübkeşliklə qələmə aldığı bu kitabı da vərəqləyəcəklər. Onların qədim el sənətimiz və onun vurğunu Kamil Əliyev haqqında daha ətraflı məlumat ala bilməsi üçün kitabın ingilis dilində və başqa dillərdə də nəşri faydalı olardı. Bu, həm də nankor qonşularımızın utanıb-çəkinmədən öz adlarına çıxmaq istədikləri Azərbaycan xalçaları və xalçaçılıq sənətini qəsdlərdən qorumaq üçün lazımdır.
AzərTAc
“Azərbaycan xalça sənətinin Kamili” kitabının təqdimatı olmuşdur
İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət heyətinin kiçik akt salonunda istedadlı publisist və ədəbiyyatşünas alim Esmira Fuadın xalq rəssamı, qədim el sənətimizin görkəmli nümayəndəsi
Kamil Əliyev haqqında yazdığı “Azərbaycan xalça sənətinin Kamili” kitabının təqdimatı olmuşdur.
Mərasimi açan MEA-nın Rəyasət heyətinin üzvü, akademiyanın həqiqi üzvü Nailə Vəlixanlı, akademiklər Rasim Əfəndiyev, Bəkir Nəbiyev, sənətşünaslıq doktoru Kubra Əliyeva, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Kitabxanasının müdiri Mayıl Əhmədov, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və başqaları Azərbaycan xalçalarının dünya şöhrətli, bənzərsiz nümunələrini yaratmış Kamil Əliyevin ömür səhifələrindən və sənətindən söhbət açan, nəfis şəkildə və yüksək poliqrafik səviyyədə nəşr olunmuş kitabın məziyyətlərindən bəhs etdilər.
Bildirildi ki, xalqımıza əbədiyaşar şöhrət qazandırmış Kamil Əliyev sənətinin möcüzəsi, fəlsəfəsi, ilmələrdə yaşayan sənətkar ömrü kitabda şirin, oxunaqlı dillə, zəngin fakt və detallarla canlandırılmışdır. Müəllifin görkəmli xalçaçı rəssamın hələ sağlığında onun şəxsiyyyətinə, yaradıcılığına yaxından bələd olması, eyni zamanda xalça sənətinin tarixinə, mahiyyətinə, incəliklərinə dərindən bələdliyi həm elmi, həm də bədii cəhətdən sanballı bir kitabın ərsəyə gəlməsinə zəmin yaratmışdır. Kitabın “Kamil Əliyev və Azərbaycan xalçası” dastanı, “O gün dünya yeni bir istedadı qarşılayırdı”, “Dostluğa sadiq insan”, “Təşkilatçılıq da istedaddır”, “Xalça sənətinin gələcəyi haqqında düşüncələr”, “Ustada ehtiramını gizlətməyən şagird”, “Gerçəkləşməmiş arzular”, “Sevgisini xalça sənətində tapan sənətkar”, “Ustad xalçaçının son ilmələri”, “Sənsiz səninlə” bölmələrində xalqımızın tarixi qədər qədim olan xalçaçılıq sənətinin vurğunu, fədaisi Kamil Əliyevin heç də həmişə hamar olmayan uzun ömür yolunun ayrı-ayrı məqamları, mərhələləri, sənətkarın duyğu və düşüncələri öz əksini tapmışdır.
Çıxışlarda xüsusi vurğulandı ki, dünyada portret-xalçaların ən yaxşı nümunələrini Kamil Əliyev yaratmışdır. Bu sahədə ilk işi “Füzuli” xalçası olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev öz portreti toxunmuş xalçaya baxarkən susmuş, əlini ilmələrə sürtərək demişdi ki, Kamil, sənin xalçaların dil açıb danışır, insanı söhbətə çağırır. Həqiqətən də, bu xalçada ulu öndərimizin müdrikliyi, qətiyyəti, qüdrəti ən müxtəlif rəng çalarları fonunda elə məharətlə ifadə olunmuşdur ki, tamaşa edən hər kəsi heyrətləndirir. Kitabın dahi siyasətçi ilə xalça dahisi arasında səmimi dostluq münasibətlərindən bəhs edən səhifələrindəki məlumatlar da olduqca ibrətamizdir.
Kamil Əliyev sənətinin gücünü göstərən digər bir misal. Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl özünün portreti toxunmuş xalçanı görəndə heyrətini gizlədə bilməyərək demişdi: Bu, Süleyman Dəmirəldir, onda bəs mən kiməm?
Rəssamın anası Xanımın, Mir Mövsüm Ağanın, Atatürkün, ABŞ-ın eks-prezidenti Klinton və xanımının, İndira Qandinin, Şota Rustavelinin, Puşkinin portret-xalçaları yaxın-uzaq ölkələrdə yüksək dəyərləndirilmişdir. Bu xalçaları birləşdirən ən mühüm cəhət həm portret cizgilərinin, həm də xarakterlərin ilmələrə düzgün köçürülməsidir. Kitabda bir məqam da diqqətə çatdırılır ki, Kamil Əliyev istifadə etdiyi bütün rəngləri topladığı bitki və ağaclardan özü alar, ipləri də özü boyayardı. Bir də deyərmiş ki, xalçanı ya divardan asırlar, ya da üstündə namaz qılıb Allaha dua edirlər, gərək bu müqəddəsliyi qoruyub gözləyəsən.
Kitabda Kamil Əliyevin müəllifi olduğu bir sıra xalçaların rəngli şəkilləri də verilmişdir.
Kamil Əliyevin oğlu Cavanşir və nəşrin müəllifi Esmira Fuad böyük sənətkarın adını uca tutanlara, təqdimatda iştirak edənlərə razılıqlarını, bu şərəfli sənəti davam etdirənlərə xoş arzularını çatdırdılar.
Ustad sənətkarın əsərləri onun yadigar qoyub getdiyi Xalça muzeyində toplanmışdır. Qədim İçərişəhərdəki bu muzeyə gələn qonaqlar Azərbaycan xalq sənətinin zirvəsi olan xalçaçılığın sirli-soraqlı nümunələri ilə tanış olarkən, şübhəsiz ki, Esmira Fuadın çox böyük təəssübkeşliklə qələmə aldığı bu kitabı da vərəqləyəcəklər. Onların qədim el sənətimiz və onun vurğunu Kamil Əliyev haqqında daha ətraflı məlumat ala bilməsi üçün kitabın ingilis dilində və başqa dillərdə də nəşri faydalı olardı. Bu, həm də nankor qonşularımızın utanıb-çəkinmədən öz adlarına çıxmaq istədikləri Azərbaycan xalçaları və xalçaçılıq sənətini qəsdlərdən qorumaq üçün lazımdır

 

Xalq qəzeti.-2007.-23 iyun.-S.5.