“Azər-İlmə” xalçaçılıq sənətinin qədim ənənələrini davam etdirir

 

Bu gün Azərbaycan iqtisadiyyatı yüksək xətlə inkişaf edir. Bütün sahələrdə yüksəliş nəzərə çarpır. Əldə edilmiiş uğurlar məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. İqtisadi inkişafda isə özəl sektorun xüsusi çəkisi var. Bu məsələyə münasibət bildirən ölkə Prezidenti cənab llham Əliyev demişdir:"Rəqəmlərə nəzər salsaq görərik ki, son üç ildə özəl sektorun ümumi daxili məhsuldakı payı 73 faizdən 81 faizə qalxıbdır. Bu onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərini tam şəkildə tətbiq edirik. Azərbaycan iqtisadiyyatı, demək olar ki, tam şəkildə müasir metodlarla, üsullarla idarə olunur".

Ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verən özəl müəssisələrdən biri "Azər-llmə" Məhdud Məsuliyyətli Cəmiyyətidir. MMC-nin direktoru Vidadi Muradov söhbət zamanı dedi:

İlk öncə, biz Azərbaycanın bugünkü inkişafına görə ulu öndərimizAzərbaycan dövlətinin memarı, yaradıcısı Heydər Əliyevə minnətdar olmalıyıq. Bu-günkü Azərbaycan Ümummilli liderimizin şah əsəridir. Sahibkarlığın inkişafı məhz ulu öndərin hakimiyyəti dövründə təşəkkül tapdı. Xarici yerli sahibkarlarla görüşməsi, onların problemləri ilə maraqlanması bundan sonra əsassız yoxlamaların ləğv edilməsi biz sahibkarların ürəyindən xəbər verirdi. "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyəti 1996- ildə yaradılıb. Yarandığı ilk gündən müəssisəmizin qarşıya qoyduğu məqsəd Azərbaycanın unikal xalça çeşnilərini, xalça sənətinin ən qədim texnoloji üsullarını, təbii boyamanın sirlərini bərpa etmək, mədəni irsimizin xalçaçılıq mərkəzərlərindənNardaran, Binə, Hökməli, Lökbatan, Kürdəmir, Lerik Şəkidə toxuculuq emalatxanaları vardır. Hazırda burada 350 nəfər xalcacı calısır. Bu qün "Azər-llmə" toxunan xalçaların hər biri onların məxsus olduğu məktəbin bədii texnoloji ənənələrini özündə yaşadır.

Müəssisəmizdə 1000-dən artıq çeşiddə yüksək keyfiyyətli yundan əla növ Şəki ipəyindən nəfis xalçalar toxunur. "Azər-İlmə" əsrlər boyu formalaşmış milli xalq ənənələrini ən yüksək səviyyədə yaşatmasına görə nəinki Azərbaycanda, hətta beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır. Burada istehsal edilən xalçaların yüksək keyfiyyəti, bədii tərtibatı, estetik dəyəri müasir alıcını tam qane edir.

Mübaliğəsiz demək olar ki, müəssisəmiz əl ilə toxunan ən orijinal Azərbaycan xalçalarının istehsalı sahəsində liderdir. Daim dünya bazarına "Azər-llmə" markası ilə idxal edilən xalçalar şirkətin ABŞ, Rusiya, Almaniya, italiya s. həng ölkələrdə öz məhsulları ilə tanınmasına səbəb olmuşdur.

"Azər-İlmə" MMC-nin nəzdində fəaliyyət göstərən "Sehrli İlmələr"Azərbaycan Xalçaları Qalereyası açıq səma altmda olan xalça ekspozisiyası qonaqların qəbuluna daim hazırdır. Azərbaycan xallarınm tarixi şöhrətini böyük uğurla yaşadan, Avropa bazarlarında layiqli yer tutan, Avropa iqtisadi əməkdaşlığına səylə inteqrasiya edən "Azər-İlmə" MMC 2007-ci ildə bir sıra milli benəlxalq mükafatlara layiq görülmüşdür. Belə ki, "Yüksək keyfiyyətli məhsulları ilə ixracyönümlü istehsalın inkişafına töhfəsinə görə" iqtisadiyyat biznes sahəsində "Uğur—2006" Milli Mükafatı Konsultinq biznes jurnalı tərəfindən bu il yanvar ayının 30-da təqdim olunmuşdur. Digərləri isə Avropa Biznes Assambleyasının 2007-ci il Oksford Liderlər Sammitinin təqdim etdiyi, fəaliyyət göstərdiyi sahədəki şücaət "Avropa keyfiyyəti" göstəricisinə görə beynəlxalq "Kraliça Viktoriya adına mükafat", "Xalçaçılıq sənətinin dirçəldilməsi inkişafı sahəsindəki xüsusi fəaliyyətinə görə Xəzər İnteqrasiya İşgüzar Klubu tərəfindən təltif olunmuş "Caspian Energy Internatinal Award 2007" beynəlxalq mükafatından ibarətdir.

Məlum olduğu kimi, ölkə Prezidenti cənab İlham Əliyev 7 fevral 2005-ci il tarixdə "Azərbaycan xalça sənətinin qorunması inkişaf etdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. Bu qanun çox böyük əhəmiyyətə malikdir. Qanun Azərbaycanın tarixi ərazisində toxunmuş hazırda xalq sənətkarları, ustalar, rəssamlar tərəfindən əl ilə toxunan Azərbaycan xalçalarının qorunub saxlanılması, öyrənilməsi, xalça sənətinin təbliği inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Müəssisəmiz xalçaçılıq sənətinin qədim ənənələrini davam etdirmək əzmindədir.

 

Respublika.- 2007.- 22 iyun.- S. 5.