Mədəniyyət
və Turizm Nazirliyinin
nümayəndə heyəti Parisdə
YUNESKO-nun konfransında iştirak
etmişdir
Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Parisdə YUNESKO-nun "Mədəni
özünüifadə müxtəlifliyinin qorunması və
təşviq edilməsinə dair Konvensiya"nın
iştirakçısı olan dövlətlərin I
konfransı keçirilmişdir. Tədbirdə
müşahidəçi ölkələrin və
beynəlxalq qeyri-hökumət təşkilatlarının
nümayəndələri də iştirak etmişdir.
Azərbaycanın Mədəniyyət və Turizm nazirinin
müavini Sevda Məmmədəliyevanın
başçılığı ilə nümayəndə
heyəti təmsil etmişdir.
Ronfransı YUNESKO-nun
baş direktoru Koişiro Matsuura açaraq mövzu ilə
bağlı ətraflı məlumat vermişdir. Sonra konvensiya
üzrə hökumətlərarası komitəyə
seçkilər keçirilmişdir. Konvensiyanı
ratifıkasiya etmiş 62 dövlətdən 24-ü
komitəyə üzv seçilmişdir. Bildirilmişdir ki,
Azərbaycanda ratifikasiya olunmaq üçün konvensiya
hazırda Milli Məclisin müzakirəsindədir.
Tədbir
çərçivəsində S.Məmmədəliyeva bir
sıra ölkələrin YUNESKO yanında daimi nümayəndəliyinin
və Fransanın Luvr muzeyinin rəhbərləri ilə
görüşmüşdür. Luvr muzeyi ilə Azərbaycan
Dövlət İncəsənət Muzeyi arasında
əməkdaşlıq müqaviləsinin imzalanması
ilə bağlı məsələ müzakirə olunmuşdur.
Azərbaycan.- 2007.- 28 iyun.- S. 5.