Seyfəddin Mənsimoğlunun
Metaforası
"Metafora real gerçəklikdən
doğulur"
Tanınmış xəttat
Seyfəddin Məmmədvəliyevin
"Metafora" adlı
ağac üzərində
xəttoyma işlərindən
ibarət əsərlərinin
toplusu işıq üzü görüb. Bukletdə sənətkarın
24 orijinal əsərinin
nəfis fotosu verilib. S.Məmmədvəliyev
Cəbrayıl rayonunun
Böyük Mərcanlı
kəndində anadan olub. Ə.Əzimzadə
adına Bakı Rəssamlıq Məktəbini
bitirib. 3 il kənd məktəblərində
rəsm və rəsmxətt müəllimi
işləyib. Sonradan
Bakıya gəlib, ömrünün müəyyən
mərhələsində fotoqrafıq
sənəti ilə yanaşı ağac üzərində xəttoyma
ustalığı da əsas yer tutub.
Bu gün Seyfəddin müəllim həyatını bu sənətsiz qətiyyən
təsəvvür edə
bilmir. Onun sənətini davam etdirən xeyli tələbəsinin olması
həm də bacarıqlı müəllim
olmasından xəbər
verir.
Onun aləmində metafora real gerçəklikdən doğulur. Bütün əsərlərində
sanki bir şeriyyət var. Cansız
ağac parçalarına
nəfəs verərək
tanınmış imzaları,
ibrətamiz fikirləri
müxtəlif harmonik
biçimlərdə canlandırmaq
Seyfəddin müəllimin
özünü bu sahədə tapmasına gözəl sübutdur.
O, bu sənəti oğluna da öyrədib. Topludakı 5 işi oğlu
Firidunla birgə işləyib.
Onun hər bir işi
ayrıca təhlil edilməyə layiqdir. Şübhəsiz, müəyyən dövrdən
sonra bu əsərlər xüsusi
olaraq tədqiqata cəlb ediləcək.
Hazırda onun bir çox əsərləri
dünyanın müxtəlif
ölkələrində sərgilənir.
Azərbaycana gələn qonaqlar
sənətkarın əsrlərinə
baxarkən heyranlıqlarını
gizlədə bilmirlər.
Məcələn, belə əsərlərdən
birində-ellips biçimli
yonulmuş qoz ağacı üzərində
"Məhəmməd Füzuli"
sözü yazılıb.
Digər
bir əsərdə-dairəvi
qoz ağacından olan səkkizbucaqlı medalyonun üzərində
isə Füzulinin məşhur "Şəbi-hicran
yanar canım, tökər qan çeşmi-giryanım" beyti
yazılıb.
Materialı qozdan olan digər
bir əsərdə isə "Üzeyir Hacıbəyov" yazılıb. İşin yuxarı
hissəsində musiqi
lirası yonulub.
Şah İsmayıl Xətaiyə
həsr olunmuş əsərdə isə maraqlı kompozisiya var. Çevrənin yuxarı hissəsində Xətainin
hikmətli sözlərindən
seçmələr işlənib.
Aşağıda isə
biri-birini kəsən
qılınc və qələm zərif
ornament üzərində üst-üstə
düşür.
Digər bir əsərin - rəhilin biçimi də çox maraqlıdır: üzərinə kitab qoyulanda onun istiqaməti dəyişilir,
maili vəziyyət yaranır. Seyfəddin müəllim deyir: "Qədim rəhillər elə hazırlanırdı
ki, kitab üstünə qoyulanda ona ancaq yuxarıdan
baxmaq olurdu. Hazırda bu əsər Berlində İslam mədəniyəti muzeyinin
Azərbaycan bölməsində
saxlanılır".
Xaqani Şirvani, Hüseyn Cavidə həsr edilmiş əsərlər
də çox maraqlı, düşündürücüdür. Mövlana
Cəlaləddin Rumi və Şəms Təbriziyə həsr edilmiş əsər isə sənətkarlıq
baxımından daha heyranedicidir: bir çevrədə hər
ikisinin adı güzgülü (qarşı-qarşıya)
işlənib. "Cəlaləddin", "Şəmsəddin",
"Rumi" və
"Təbrizi" sözləri
elə yazılıb ki, biri-birinin təkrarı kimi görsənir. Kənar hissələrdə
hər ikisinin hikmətli sözləri yazılıb. Yaxud da hindi-türk imperatorluğunu quran Babur şaha həsr olunmuş əsərdə onun bu fikri yazılıb:
"Ey miyanə əmiri, türklərlə
qovğaya girmə, türklərin çevikliyi
və qəhrəmanlığı
hamıya məlumdur".
Topluda hər bir əsər haqqında Azərbaycan türkcəsində, ingiliscə
və ərəbcə
qısa bilgi də verilib
Xalq cəbhəsi.- 2007.- 15 iyun.- S. 15.