Azərbaycanın İrandakı səfirliyində ümummilli
lider Heydər Əliyevin büstü açılmışdır
Bu münasibətlə
keçirilən mərasimdə İranın dövlət
rəsmiləri, Tehranda fəaliyyət göstərən
diplomatik korpusun rəhbərləri, ictimaiyyətin
nümayəndələri iştirak etmişlər.
Azərbaycanın dövlət
himni səsləndirildikdən
sonra "Qurtuluş"
filmi nümayiş etdirilmişdir.
Mərasim
iştirakçılarını səmimiyyətlə
salamlayan xarici işlər naziri Elmar Məmmədyarov ulu
öndər Heydər Əliyevin xilaskarlıq missiyasından,
xarici siyasətdə əldə etdiyi
nailiyyətlərdən, müəyyən etdiyi
uzaqgörən siyasətin nəticələrindən,
ümummilli liderin rəhbərliyi ilə həyata
keçirilən irimiqyaslı enerji və nəqliyyat
layihələrinin əhəmiyyətindən, qüdrətli
dövlət xadiminin siyasi xəttinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsindən
danışmışdır.
Büstün önünə
əklillər və gül-çiçək
qoyulmuşdur.
Azərbaycan.-2007.-22 iyun.-S.3.