İyunun 13-də Bakı Şəhər Prokurorluğunun inzibati binasında görkəmli
siyasi və dövlət xadimi, müstəqil Azərbaycan
dövlətinin banisi,
xalqımızın ümummilli
lideri Heydər Əliyevin büstünün
açılış mərasımi
keçirilmişdir.
Baş prokuror Zakir Qaralov mərasimdə çıxış edərək
fenomen şəxsiyyət
Heydər Əliyevin nəsillərə örnək
olan şərəfli
ömür yolundan danışmış, bu abidənin də müdrik rəhbərimizin
xatirəsinə dərin
ehtiram və hörmətin təcəssümü
olduğunu qeyd etmişdir.
Ulu öndərin rəhbərliyi
ilə həyata keçirilmış məhkəmə-hüquq islahatları nəticəsində prokurorluğun
demokratik və sivil bir dövlət
təsisatı kimi tam yenidən formalaşdığını bildirən
Z.Qaralov demişdir ki, abidənin açılışı həm
də prokurorluğun kollektivinin dahi rəhbərin əziz
və unudulmaz xatirəsinə dərin məhəbbətinin ifadəsidir.
Natiq vurğulamışdır
ki, Azərbaycanın müasır tarixinin böyük bir dövrü bilavasitə Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu öndərin xalqımızın
tarixində və taleyində ən böyük xidmətlərindən
biri Azərbaycan dövlətini qurub yaratmasıdır. Görkəmli
siyasi xadim, fenomen şəxsiyyət Heydər Əliyevə bütün dünyada böyük hörmət bəslənilir. Bu gün təkcə Azərbaycanda deyil, xarici ölkələrdə
də bu dahi şəxsiyyətə
dərin ehtiramın ifadəsi olaraq şərəfinə abidələr
ucaldılır, onun adını daşıyan
park, prospekt, xiyabanlar salınır. Heydər Əliyevin formalaşdırdığı
və inkişaf etdirdiyi azərbaycançılıq
fəlsəfəsi Azərbaycanın
müasir dünyada xüsusi yerini müəyyən etmiş,
dünya azərbaycanlılarının
həmrəyliyi üçün
möhkəm zəmin
yaratmışdır.
Diqqətə çatdırılmışdır
ki, ümummilli lider Heydər Əliyevin başladığı
uğurlu iqtisadi və siyasi strategiya Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə
davam etdirilir. Qısa zaman kəsiyində Azərbaycan
regionun aparıcı dövlətinə, dünya
əhəmiyyətli qlobal
layihələrin həyata
keçirildiyi mərkəzə
çevrilmişdir. Avratlantik məkanına
inteqrasiyanı, tarazlaşdırılmış
xarici siyasəti rəhbər tutan Azərbaycan Cənubi Qafqazda regional əməkdaşlıq üçün
olduqca mühüm və lider dövlət
kimi qiymətləndirilir.
Ölkəmiz Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Avropa və Asiyanı birləşdirən TRASECA, Bakı-Tbilisi-Qars dəmir yolu kimi enerji
və nəqliyyat layihələrinin həyata
keçirilməsində mühüm
rol oynayır, Avropanın enerjı təhlükəsizliyinin və
regional inkişafın
təmin olunmasında
fəal iştirak edir. Azərbaycanın dövlət büdcəsi
son dörd ildə dörd dəfə artmış, son üç il ərzində 550 mindən çox yeni iş yerləri
açılmış, yoxsulluq
səviyyəsi 49 faizdən
20 faizə enmişdir.
Ölkəmizin valyuta
ehtiyatları artaraq 5 milyard dollara çatmışdır.
Z.Qaralov bildirmişdir ki, Ukraynadan gətirilmiş qırmızı qranitdən
hazırlanmış, müəllıfı
Azərbaycan Rəssamlıq
Akademiyasının rektoru,
akademik, xalq rəssamı Ömər Eldarov olan bu
büst də Baş Prokurorluq və Respublika Hərbi Prokurorluğunda ulu öndərin xatirəsinə ucaldılmış
abidələr kimi, hər bir prokurorluq əməkdaşının
and yerinə çevriləcəkdir.
Abidənin 15 iyun - Milli
Qurtuluş Günü
ərəfəsində açılmasının
xüsusi məna daşıdığını vurğulayan baş prokuror əlavə etdi ki, 14 il
əvvəl məhz bu günlərdə xalqımızın təkidli
çağırışları ilə Naxçıvandan Bakıya gələn böyük öndərimiz yenidən dövlətçilik sükanını
öz əlinə alaraq xalqı, müstəqil dövlətimizi
uçurumdan, xaos, özbaşınalıq, qanunsuzluqdan
xilas etmişdir. Respublika Prokurorluğunun kollektivi bundan sonra da
ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik nümayiş etdirəcək, dövlət
müstəqilliyimizin, ictimai-siyasi
sabitlik və əmin-amanlığın
hər cür cinayətkar qəsdlərdən
qorunması istiqamətində
qüvvə və bacarığını əsirgəməyəcəkdir.
Mərasımdə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov, büstün müəllifi
akademik Ömər Eldarov dahi Heydər
Əliyev şəxsiyyətini
əbədiləşdirən abidənin hər bir prokurorluq əməkdaşının and
yerinə çevriləcəyinə
inandıqlarını bildirdilər.
Əminliklə qeyd olundu ki, prokurorluğun
kollektivi həmişə ümummilli liderin müəyyənləşdirdiyi
strateji xəttə uyğun olaraq, qarşıda duran vəzifələrin icrası
üçün bütün
qüvvələri səfərbər
edəcək, dahi rəhbərimizin ideyalarının
reallaşdırılması işində dövlətimizin
başçısı İlham
Əliyevə sədaqətlə
kömək göstərəcəkdir.
Mərasımdən sonra
baş prokuror Bakı Şəhər Prokurorluğunun əsaslı
təmir edilmiş inzibati binasında yaradılmış iş
şəraiti ilə yaxından tanış olmuşdur. Qeyd edilmişdir ki,
ölkəmizin iqtisadiyyatının
dinamik inkişafı bütün digər dövlət orqanları kimi, prokurorluğun da maddi-texniki bazasının möhkəmləndirilməsinə
imkan yaratmışdır.
6 mərtəbəli binada
yerləşən şəhər
prokurorluğunun bütün
otaqlarının hamısı
əsaslı təmir edilmiş, müasir texniki avadanlıqla, kompyuterlərlə
təchiz olunmuş, fasadı təzələnmiş,
ətrafda səliqə-sahman yaradılmış,
yaşıllıqlar salınmışdır.
Prokurorluqda ümummilli lider
Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərini, prokurorluq orqanlarının
əməkdaşları ilə
görüşlərini əks
etdirən fotostendlər
də zövqlə quraşdırılmışdır. Şəhər prokurorluğunda
vətəndaşların qəbulu
və müraciətlərinə
baxılması işi təkmilləşdirilərək
"Vətəndaşların müraciətlərinə baxılması
üzrə lokal kompyuter şəbəkəsi"
yaradılmışdır. Bu şəbəkə vətəndaşlara
şəhər prokurorluğu
tərəfindən baxılan
müraciətlərin həlli
prosesi barədə zəruri məlumatları
qəbul otağında
quraşdırılmış kompyuter vasitəsilə əldə etməyə, ərizə və şikayətlərə baxılması
məsələlərini tənzimləyən
və gündəlik nəzarəti
təmin edən vahid bir sistemin
yaradılmasına imkan
verir. Şəhər
prokurorluğunda müraciəti
araşdırılan hər
bir vətəndaş
ona verilmiş bildirişdəki rekvizitlər
əsasında qəbul
otağında quraşdırılmış
kompyuterdə ərizəsinin
baxılması nəticələri barədə bütün məlumatlarla
tanış ola və istədikdə növbətçi prokurora
müraciət etməklə
zəruri sənədlərin
surətlərini əldə
edə bilir. Bu proses tədbir
iştirakçılarına əyani şəkildə
göstərilmişdir. Baş
prokuror Zakir Qaralov rayon prokurorluqlarında
vətəndaşların müraciətləri
əsasında aparılan
işlərin də bu şəbəkədə
əks olunmasının
zəruriliyini bildirmiş
və tövsiyələrini
vermişdir.
Azərbaycan.-2007.-14 iyun.-S.2.