Mahaçqalanın mərkəzində Əziz
Əliyevin xatirə lövhəsi
açılmışdır
İyunun 7-də
Mahaçqalada Azərbaycanın və Dağıstanın
görkəmli dövlət və ictimai xadimi Əziz
Əliyevin 1942-1948-ci illərdə yaşadığı
binada xatirə lövhəsinin açılmasına həsr
olunmuş təntənəli mitinq keçirilmişdir.
Dağıstan parlamentinin sədri
Məhəmməd Süleymanov
mitinqi açaraq dedi ki, Əziz
Əliyevin anadan olmasının 110 illiyi münasibətilə keçirilən
təntənələrdə Azərbaycanın Baş naziri Artur Rasizadənin
rəhbərliyi ilə
mötəbər nümayəndə
heyətinin iştirakı
bayramın vüsətini,
əhəmiyyətini hədsiz
dərəcədə artırır
və ona daha böyük səmimiyyət verir. İki qardaş xalqın sevimli oğlunun xatirəsinə
ehtiram birliyimizin, qarşılıqlı hörmətimizin
daha bir nümunəsidir.
M.Süleymanov bildirdi ki, 1942-ci ildən Dağıstana rəhbərlik
edən Əziz Əliyev faşizm üzərində qələbəyə,
iqtisadiyyatın, mədəniyyətin
və elmin inkişafına böyük
töhfə vermişdir.
Cəbhənin ehtiyaclarının
təmin edilməsi ilə bağlı çox çətin iqtisadi məsələlərin həlli ilə
gündəlik məşğul
olan Ə.Əliyev mədəniyyətin,
təhsilin inkişafına
diqqət yetirməyə
də vaxt tapırdı.
Mədəniyyət və
turizm naziri Zümrüd Süleymanova
isə xatırlatdı
ki, 1943-cü ilin fevralında Vilayət Partiya Komitəsinin Bürosu və Dağıstan Xalq Komissarları Şurası respublikada incəsənətin inkişafına
dair tədbirlər haqqında qərar qəbul etmişdi. Respublikanın rəhbərinin
belə çətin
bir dövrdə incəsənət xadimlərinin
problemlərinin həlli,
teatrların maddi-texniki
bazası ilə bağlı məsələlərə
necə vaxt tapa bilməsi təəccüb və heyranlıq doğurur. Z.Süleymanova dedi ki, Əziz Əliyevin
Dağıstanda təhsilin
inkişafı sahəsində
də müstəsna xidmətləri olmuşdur.
Dağlı qızların orta
təhsil və ixtisas təhsili alması üçün
şərait yaradılmışdı.
Onun bilavasitə iştirakı ilə qadın müəllimlər
institutu və qadın pedaqoji məktəbi, tibb və kənd təsərrüfatı institutları,
habelə Elmi Tədqiqat Tarix, Dil və Ədəbiyyat
İnstitutu təşkil
olunmuşdur.
Azərbaycan Milli Məclisi
Sədrinin müavini Bahar Muradova da Əziz Əliyev
fenomenindən danışaraq
dedi ki, xalqlarımız bəşəriyyətə
öz ölkələrinin
tərəqqisi və
inkişafı işinə
misilsiz töhfələr
vermiş görkəmli
şəxsiyyətlər bəxş
etmişlər. Prinsipiallıq,
ciddilik və humanistlik kimi keyfiyyətlərə malik
istedadlı təşkilatçı
Əziz Əliyev belə parlaq ictimai-siyasi xadimlərdən
biridir. Onun həyat yolu çoxşaxəliliyi ilə
fərqlənir, xalqlarımızın
rifahı naminə fəaliyyəti gələcək
nəsillərə nümunədir.
Azərbaycan.-2007.-9 iyun.-S.2.