Rəsulzadənin
abidə lövhəsini
Bakı meri götüzdürüb
Qəzetimizin ötən sayında
Dövlət Kukla Teatrı ilə üzbəüz parkdan
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan
Məmməd Əmin Rəsulzadənin heykəlini
qoyulacağını elan edən xatirə-lövhənin
götürülməsi barədə məlumat
vermişdik. Dünən “Media Forum” saytı
bu biabırçı
hadisə barədə
araşdırma aparıb.
Səbail Rayon İcra
Hakimiyyətinin ictimaiyyətlə
və siyasi təşkilatlarla iş şöbəsinin müdiri
İsrafil Kərimov saytının əməkdaşı
ilə söhbətində
ərazidəki yenidənqurma
işlərinin birbaşa
Bakı Şəhər
İcra Hakimiyyəti başçısının nəzarəti
altında olduğunu deyib..
Onun sözlərinə
görə də, bu səbəbdən həmin ərazidə aparılan yenidənqurma işləri barədə
hər hansı məlumata malik deyillər: «Yalnız onu bilirik ki,
ərazidə abadlıq
işləri gedir. Daha ətraflı məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq
və Şəhərsalma
İdarəsindən ala
bilərsiniz».
Sözügedən parkda üzərinə
«Burda Azərbaycan Demokratik Respublikasının
banisi Məmməd Əmin Rəsulzadənin abidəsi qoyulacaqdır» sözləri yazılmış
daş lövhənin
götürülüb-götürülməməsinə
gəlincə, İ.Kərimov
bu haqda da heç bir
məlumatı olmadığını
söyləyib.
Bakı Şəhər
İcra Hakimiyyətinin
mətbuat xidmətindən
də «Media forum»a bildiriblər
ki, parkda hansı işlərin getməsindən, eləcə
də daş lövhənin götürülüb-götürülməməsindən xəbərsizdirlər.
«Media forum» saytının əməkdaşları
Memarlıq və Şəhərsalma İdarəsi
vasitəsilə məsələyə
aydınlıq gətirilməsi
üçün gün
ərzində çalışsalar
da, buna nail ola bilməyiblər.
Dünən «Media forum» saytının əməkdaşları məlumatı
yoxlamaq üçün
parka da gediblər. Park elə bir formada
hasara alınıb ki, içərini nə görmək, nə də şəklini şəkmək
mümkündür. Parkadakı
bütün ağaclar
da hasardan içəridə qalıb.
Bununla belə «Media forum»un
əməkdaşları hasarın
üstünə qalxaraq
parkın içərisinə
baxa və şəkil çəkə
biliblər. Şəkillərdən
də göründüyü
kimi, pakda belə bir lövhə
yoxdur.
Bizim yol.-2007.-22 iyun.-S.12.