Fəxriyyə Xələfova səfərdən
qayıdıb
Modelyer Fəxriyyə
Xələfova Moskvada
keçirilən "Gümüş
sap-2007" beynəlxalq həvəskar
dərzilər və peşəkarlar müsabiqəsində
iştirak edib. Müsabiqə Vyaçeslav
Zaytsevin Moda evi və "Britaniya Ali Dizayn
məktəbi tələbələri
işlərinin yekun sərgisi"nin himayəsi ilə keçirilib. Tədbirdə
qonaq kimi iştirak edən modelyer müsabiqələrin
təşkili, iş prinsipi, seçim turunun mexanizmi istiqamətində müəyyən
təcrübə topladığını
qeyd etdi.
"Əgər biz gələcəkdə dərzilər,
tələbələr arasında
belə müsabiqələr
keçirsək, hazırlıq
mexanizmlərini dərindən
bilməliyik" - deyən
F.Xələfova Mədəniyyət
və İncəsənət
Universitetinin rəssam-modelyer və dizayner fakültəsi üçün tədris proqramı işləyib hazırlamaq,
bu ixtisasın nüfuzunu artırmaq üçün digər addımlar atmaq niyyətindədir.
Kaspi.-2007.-13 iyun.-S.17.