Mükərrəmoğlu M.
Mədəniyyət ocaqları
diqqət mərkəzindədir
Azərbaycan
Respublikası Prezidentinin mədəniyyətimizin
müxtəlif sahələrinin inkişafı ilə
bağlı imzaladığı sərəncamlarda
qarşıya qoyulan vəzifələr artıq öz real
həllini tapmaqdadır. Kino, teatr,
muzey işi və kitabxanaların yenidən qurulması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi
bu sərəncamlarda
mühüm yer tutur. Budur,
istər regionlarda, istərsə də böyük şəhərlərimizdə
yeni mədəniyyət
müəssisələri açılır,
mövcud müəssisələr
əsaslı təmir
olunur, yaradıcı prosesə tələbkarlıq
artırılır və
s.
Paytaxtımızın əsas
mədəni mərkəzlərindən
biri olan Heydər Əliyev adına Saray təmirə dayandırılmışdır.
Kinostudiyada, Akademik Milli
Dram Teatrında, Gənc
Tamaşaçılar Teatrında
da təmir işləri gedir. Yaşıl Teatrın yenidən istifadəyə verilməsi
paytaxtın mədəni
həyatında çox
mühüm hadisəyə çevrildi. Bu sənət ocağının
açılışında möhtərəm Prezidentimizin
iştirakı mədəniyyətimizə
dövlət qayğısının
bariz nümunəsidir.
Yaxın
vaxtlarda paytaxtımızın
Nizami kinoteatrında da əsaslı təmir işlərinə
başlanılacaq. Bu kinoteatr dünya standartlarına uyğun müasir səviyyədə
qurulacaq.
İndi regionlarımızın da
mədəni həyatında
əsaslı yeniliklər
nəzərə çarpmaqdadır.
Demək
olar ki, ölkənin bütün
regionlarında əhalinin
istirahətini təmin
etmək üçün
yeni parklar salınmaqdadır. Bu yaxınlarda Hacıqabulda iki yeni istirahət
parkının inşasına
başlanmış və
yəqin ki, yaxın günlərdə
onlar əhalinin istifadəsinə veriləcəkdir.
Onlardan birinin Qurtuluş günü açılışı
gözlənilir.
Bu günlərdə isə Xanlar rayonunun Haçaqaya kəndində yeni kitabxana istifadəyə verilmişdir. Yeni, müasir üslubda inşa edilmiş bu kitabxana latın qrafikalı yeni ədəbiyyatla təchiz edilmişdir. Oğuz şəhərində isə
“Azərbaycan” kinoteatrının
binası əsaslı
təmir olunur. Dövlət
vəsaiti hesabına həyata keçirilən
təmir-bərpa işlərinin
müqavilə dəyəri
407 min manatdır. Müqaviləyə uyğun olaraq binanın dam örtüyü
əsaslı surətdə
dəyişdiriləcək, fasadı rənglənəcək,
otaqlar, salon əsaslı
təmir olunacaqdır.
Məlumdur ki, uzun illər kitabxanalarımız,
mədəniyyət evləri
və klublarımız,
muzeylərimiz təmirsiz
vəziyyətdə qalmışdı.
Ona görə də bu sahələr
üzrə Dövlət
Proqramının qəbul
edilməsi söz yox ki, yaxın
beş-on il
ərzində onların
təmir olunub yenidən istifadəyə
verilməsi üçün
imkanlar yaradacaqdır.
Mədəniyyət ocaqlarının əsaslı şəkildə
yenidən qurulması
çox vacibdir.
Bunu möhtərəm Prezidentimiz
öz çıxışlarında
dəfələrlə vurğulamışdır.
Prezidentimizin son sərəncam və göstərişləri
bir daha təsdiq edir ki, dövlətimiz milli mədəniyyətimizin
inkişafı üçün
xüsusi qayğı
göstərir və yaxın gələcəkdə
Azərbaycanda mədəniyyət
sürətli inkişaf
yoluna qədəm qoyacaqdır.
Xalq qəzeti.- 2007.- 7 iyun.- S. 9.