Behbudqızı S.
Fransada Azərbaycan
telekanalları
Elşad
Qullyev: "Bizim
dediklərimizi
fransalı rejissor da qeyd etdi"
Bu həftə Fransanın ATF kanalının
Azərbaycanın televiziya
məkanına həsr
edilmiş proqramının
çəkilişləri başa
çatır. Gələn həftə proqram
Fransada montaj ediləcək və iyunun ortaları efirə çıxacaq.
"Dünya televiziya məkanı"
layihəsinin bizdən
öncəki qəhrəmanı
Ukrayna olub. Yarım saatdan bir qədər az vaxtı
əhatə edən
"Dünya televiziya
məkanı" silsiləsinin
Azərbaycan televiziya sahəsinə həsr edilmiş proqramının
ssenari müəllifı
EIşad Quliyevdir. Televiziya üzrə analitik və tənqidçi, bu sahədə bir neçə tədqiqat işinin müəllifı
olan Elşad Quliyev ATF kanalının bu layihəsində Azərbaycan teleməkanının
necə göründüyü
barədə "Həftə
içi"nə danışdı:
"Mənə həvalə
edildi ki, proqram analitik ssenarisini hazırlayım.
Ssenaridə televiziyamızın reallıqları, keçib-gəldiyi
yolun özəl cəhətləri, uğurları
və gələcək
inkişaf istiqamətləri
əhatə edilib.
Bu sahədə inkişafın,
mütərəqqi meyllərin
ləngiməsinin əsas
səbəblərindən biri
kimi Azərbaycanla Ermənistan arasındakı
Qarabağ münaqişəsi
vurğulayıb, 1990-cı illərin əvvəllərində
SSRİ-nin dağılmasının
ilk təbii çətinlikləri,
fəsadları qeyd olunub. Bildiyiniz kimi, 1995-96-cı illərdə sabitlik bərqərar olana qədər xaos içində yaşayırdıq.
Azərbaycan teleməkanına həsr edilmiş proqramdan fransalı tamaşaçılara o da
bəlli olacaq ki, Azərbaycan televiziyası uzun illər boyunca sovet televiziyasının bir qolu olaraq,
əyalət televiziyası
kimi, mövcud olub. Amma bununla belə,
bütün təzyiqlərə
baxmayaraq, sırf özümüzdən doğan
keyfıyyətləri yetışdırə
bilərik.
- Filmin quruluşu necədir?
-
Film Azərbaycan-Fransa mədəni əlaqələrinin
tarixindən və bu gündən bəhs edən filmdən fraqmentlərlə
başlayır. Bu fılm Azərbaycan Dövlət Televiziyasının
sifarişi ilə çəkilib. Məlumdur ki,
bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva böyük işlər görməkdədir.
Proqramda bütün 6 telekanalımızın
rəhbərləri, aparıcıları
fəaliyyətləri haqqında
məlumat verir, müxtəlif şərhlər,
rəylər söyləyirlər.
Proqram boyunca Mədəniyyət
və Turizm Nazirliyinin mədəniyyətin
təbliği və tədqiqi sahəsində televiziyalarla sıx əməkdaşhğa başlaması
isə xüsusi qeyd edilib.
- Fransalı televizyonçularla iş prosesində özüniiz
iiçün nələri
kəşf etdiniz?
- Mən bir daha onu
kəşf etdim ki, televiziya estetikası sarıdan çox geridə qalmışıq. Bunu fransalı
rejissor da qeyd etdi. O özü telekanallarımızı
bir-bir gəzib, rəhbərləri, əməkdaşları
ilə söhbət edib və səviyyəni
qiymətləndirmək imkanı
qazanıb. Mən Ukrayna teleməkanının
mənzərəsini yaradan
matenallarla
"Dünya
televiziya məkanı"
silsiləsinin Azərbaycan
televiziya sahəsinə
həsr edilmiş proqramının əvvəlində
və sonunda E.Quliyev öz fıkirlərini fransalı
tamaşaçılarla da
bölüşəcək. Ssenari müəllifi
bizimlə söhbətində
fılmin telekanallarımızın
biri ilə yayımlanmasını da istisna .etmədı.
Həftə içi.- 2007.- 1 iyun.- S. 8.