Xəlilzadə F.

 

Canlı ölülərin fəryadı

 

Bir əsrdən artıq dövr ərzində özünəməxsus inkişaf yolu keçmiş xalqımızın mədəni həyatında mühüm rol oynamış Azərbaycan kino sənəti sovet dövründə sistemli şəkildə fəaliyyət göstərərək böyük nailiyyətlər qazanmışdır. Azərbaycan kinematoqrafçılarının istehsal etdiyi bir sıra filmlərin şöhrəti dünyanı gəzmiş, mədəniyyətimizin qızıl səhifələrini təşkil etmişdir. Təəssüf ki, 1991-ci ildən başlayaraq bu sistem dağılmış Azərbaycan kinematoqrafiyası bir sıra ciddi problemlərlə üzləşmişdir. Sonralar Azərbaycan kinosu əyilmiş belini yenidən dikəltmiş, qısa vaxt ərzində müəyyən uğurlar qazanmışdır. Kinonun yeni uğuruna nail olmaq üçün respublika Prezidenti cənab İlham Əliyev 23 fevral 2007-ci ildə "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzaladı. Sərəncama əsasən, milli kino ənənələrinin qorunması Azərbaycan kinosunun dünya kinematoqrafiyasının tərkib hissəsi olaraq yeni şəraitdə fəaliyyət göstərə bilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zəruri sayılmışdır. Həmin sərəncamda milli kinonun inkişaf etdirilməsi üçün bir sıra vacib göstərişlər verilmişdir. Mədəniyyət Turizm Nazirliyinə tapşırılmışdır ki, "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazası yenidən qurulsun yeni filmlərin istehsalına başlanılsın.
Ölkə başçısının milli kino sənətinə göstərdiyi bu diqqət Azərbaycan kinematoqrafçılarının böyük sevincinə s
əbəb olmuşdur. Onlar yeni ruh yüksəkliyi ilə bu sahəni inkişaf etdirmək üçün əl-ələ verərək müasir mövzulu, sənətkarlıq baxımından diqqətəlayiq əsərlərin ekranlaşdırılmasına çalışmışlar.
Bu günlərdə "Azərbaycan" kinoteatrında təqdimatı keçirilən "Məhkumlar" filmi kino salnaməmimizin maraqlı səhifələrindən birini təşkil edəcəyinə imzasını atdı. Yeni filmin quruluşçu rejissoru Mehriban Ələkbərzadə, ssenari müəllifi Çingiz Abdullayev, operator Kənan Məmmədov, rəssamlar Rafiz İsmayılov və Rafiq Nəsirovdur. Yeni ekran əsərinin musiqisini bəstəkar, xalq artisti Aqşin Əlizadə yazmışdır.
Yeni film çox ağır bir mövzuya toxunur. Bakıdan bir neçə kilometr aralıda - Umbakı qəsəbəsində yerləşən Cüzam dispanserində baş vermiş hadisələr filmin əsas süjet xəttini təşkil edir. Bura əslində ölümə məhkum olunmuşların yaşadığı cəhənnəmi xatırladır. Cüzam xəstəliyinin sağalmazlığı bir yana, onun keçici olması da çox dəhşətlidir. Cüzamlı xəstələrin görünüşü o qədər vahiməlidir ki, kiminsə ailəsində belə bir bədbəxtin olması bütün bir nəslin faciəsinə çevrilir. Bəlkə buna görə cüzamlı xəstələrdən təkcə yaxınları, qohumları deyil, bütövlükdə cəmiyyət üz döndərərək onları gözdən, könüldən uzaq bir ünvana atır. Bura gəldi var, qayıtdı yoxdur! Sadəcə, cüzamlı xəstələr bu cəhənnəmi andıran məkanda vaxtsa əbədi susacaqlarını gözləyirlər.
Əlbəttə, filmin müəlliflərini düşündürən bu xəstəlik yox, həkimlərin səhv diaqnoz qoyaraq ölüm damğası vurduğu insanların acı taleyidir.
Moskvada Tibb Universitetində oxuyan tələbə Eldar təcrübə keçmək üçün Umbakı qəsəbəsində yerləşən həmin vahiməli dispanserə gəlir. Təsadüf elə gətirir ki, o, burada xəstələrdən birinə aşiq olur. Apardığı müayinələr, etdiyi analizlər təsdiqləyir ki, əslində Leyla adlanan qızda cüzam xəstəliyi yoxdur. Eldar bunu sübuta yetirmək üçün dəridən-qabıqdan çıxır. Həkimlər ona inansalar da, cəmiyyət etibar etmir. Leylanın qohum əqrəbası - anası, dayısı, Eldarın öz atası cavan təcrübəçi həkimin söylədiklərini boş xülya adlandıraraq onun həqiqətini qəbul etmirlər. Dispanserdə isə müxtəlif hadisələr baş verir. Gələcək körpənin cüzamlı ola biləcəyindən ehtiyatlanaraq dispanserə ginekoloq-həkim dəvət olunur. Eldar bütün bunlarla razılaşmayaraq üsyana qalxır. Nəticədə həbs edilir. Leyla isə təhqir təzyiqlərə dözməyərək özünü zəhərləyir. Bir insanın səhvi ucbatından neçə tale qara dumana bürünür.
Rejissorun yozumu olduqca maraqlıdır. O, öz etirazlarını, fikir düşüncələrini tamaşaçıya təsirli çatdırmaq üçün aktyor seçimində çox dəqiq dürüst addım atmışdır. Baş rollardakı Ramil Zeynalov Sevinc Əlişova ilk dəfədir ki, bədii filmə çəkiliblər. Öz rollarının daxili ziddiyyətlərini, həyəcanlarını, duyğularını, əzablarını olduqca inandırıcı oynayan bu gənclərin gələcək filmlərdə maraqlı obrazlar yaradacağına əminlik duyulur. Tamaşaçıya tanış olmayan bu yeni üzlər öz rollarının öhdəsindən o qədər təbii gəliblər ki, sanki bədii deyil, sənədli filmə baxırsan.
"Məhkumlar" filmində Azərbaycanın tanınmış aktyorlarından-xalq artistləri Tariyel Qasımov, Ramiz Novruzov, Nurəddin Mehdixanlı, Ramiz Məlikov başqaları iştirak ediblər. Əməkdar artist Mehriban Xanlarovanın yaratdığı tibb işçisi qədər sərt təsir bağışlasa da, dolan gözlərindəki həyat acıları tamaşaçıya çox şey deyir. Yeni filmdə artıq heç yoxdur. Adi danışıqların da, mağaza köşkündən araq almağın da, qəsdən yalan danışmağın da, sürətli qaçışın da, yağış altında islanmağın daE hər bir ştrixin böyük mənası var. Nurəddin Mehdixanlı Eldarın atası obrazını yaradıb. İlk baxışda bu, mənfi obraz kimi düşünülə bilər. Amma gəlin açıq fikirləşək. Hansı ata yeganə oğlunun cüzamlı qızla evlənməyinə razı olar? Bu cür fədakarlıq olmur. yaxud da ürəyinə daş bağlayıb iki qızının taleyini düşünərək üçüncüsünü - Leylanı ölmüş sayan anada günahmı var? Bütün bu cavabsız sualların, bəlaların birbaşa istiqamətləndiyi ünvan var: həkim laqeydliyi. Cəmiyyətin birtərəfli düşünməsi, hər şeyi kütləvi qəbul etməsi, araşdırma aparmaması faciə törədir. Bu biganəliyin nəticəsində Leyla kimi cavanlar səhvən cüzamlıların əhatəsinə düşür. Təsadüfən bu xəstəliyə düçar olanlar arasında da həyat eşqli insanlar var. Kəmalə Hüseynovanın yaratdığı Əzizə obrazı öz şuxluğu ilə diqqət çəkir. O, ana da ola bilərdi, sevimli həyat yoldaşı da. Amma cüzamlı olması onun taleyinə ağır daş bağlayıb o bu ağırlığa dözməyərək onu ana olmağa qoymayan ginekoloq-həkimi fürsət tapıb qətlə yetirir. Əslində Cüzam dispanserində yaşayanlar həyatın şirinliyindən, ailənin dadından, cəmiyyətin xoş münasibətindən məhrum olanlardır.
Ssenari müəllifi həyatın bu acılıqlarını sadə bir ahənglə qələmə alıb. Rejissor isə hər sözə, hadisəyə yeni ruh verərək onu öz duyğularının süzgəcindən keçirib. Məqsədi bu olub: laqeydliyə qarşı mübarizə. Əslində psixoloji-dramatik təsirə malik olan yeni film çox maraqlı, yaddaqalan, təsirli süjetlərlə zəngindir. Böyük filmdə ilk debütü olan Mehriban Ələkbərzadənin "Məhkumlar"ının tamaşaçı sevgisi ilə qarşılanacağına şübhə yoxdur.

Azərbaycan
.-2007.-7 iyun.-S.12.