Azərbaycan Respublikasının xalq artisti Fidan Qasımovaya

 

Hörmətli Fidan xanım!
Sizi - Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsini yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Siz Azərbaycan vokal sənətinin inkişafında böyük xidmətləri olan nadir sənətkarlarımızdansınız. Opera səhnəmizdə aparıcı partiyaların mahir ifaçısı kimi Sizin adınız incəsənət tariximizə həmişəlik daxil olmuşdur. Milli opera dünya musiqi xəzinəsinin şah əsərlərində yaratdığınız rəngarəng səhnə obrazları öz təkrarolunmaz ifa tərzi ilə mütəxəssislər tərəfindən əsl sənət inciləri kimi qiymətləndirilmişdir.
Yaratdığınız unikal konsert proqramları milli ifaçılıq məktəbinin inkişafında yeni bir mərhələ təşkil edərək, klassik opera irsinin təbliğində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının əsərləri xalq mahnılarımızın ifaçısı kimi Siz böyük rəğbət qazanmısınız.
Siz Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği işinə layiqli töhfələr vermisiniz. Azərbaycan musiqisinin əsrarəngiz gözəlliyi Sizin ifanızda yeni çalarlarla zənginləşərək, ölkəmizin musiqi şöhrətinin artmasına xidmət etmişdir.
Opera sənətinin sirlərinə yeni nəslin yiyələnməsi sahəsində uğurla çalışaraq, Bakı Musiqi Akademiyasında uzun illərdən bəri göstərdiyiniz pedaqoji fəaliyyətiniz təqdirəlayiqdir. Ümidvaram ki, bundan sonra da müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin inkişafı naminə var qüvvənizi sərf edəcək, pərəstişkarlarınızı yeni müvəffəqiyyətlərlə sevindirəcəksiniz.
Sizə möhkəm cansağlığı, səadət sənət uğurları arzulayıram.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan.-2007.-17 iyun.-S.2.