Gənc
istedadların xüsusi təqaüdə layiq
görülməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanda gənc
istedadlara dövlət qayğısı haqqında” 1996-cı
il 22 iyun tarixli 464 saylı fərmanına uyğun olaraq
qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan
aşağıdakı şəxslərin adları
Azərbaycanın gənc istedadlarının “Qızıl
kitabı”na yazılsın və onlar Azərbaycan Respublikası
Prezidentinin xüsusi aylıq təqaüdünə layiq
görülsünlər:
Aşurov Mustafa Əhməd oğlu - Bakı şəhər
Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı
onbirillik Musiqi Məktəbinin şagirdi
Eyyublu Osman Fəxri oğlu - Bakı şəhər
Kövkəb Səfərəliyeva adına 16 saylı Uşaq
Musiqi Məktəbinin şagirdi
İbrahimli Pərvaz Araz oğlu - Bərdə rayon 2 saylı
Uşaq Musiqi Məktəbinin şagirdi
Kərimova Cəmilə Rüstəm qızı - Bakı
Xoreoqrafiya Məktəbinin şagirdi
Mehmandarov Mustafa Adil oğlu - Bakı Musiqi Akademiyasının
nəzdində Orta İxtisas Musiqi
Məktəb-Studiyasının şagirdi
Məmmədov Nicat Azər oğlu - Bakı şəhər
Leopold və Mstislav Rostropoviçlər adına 21 saylı
onbirillik Musiqi Məktəbinin şagirdi
Nəcəfli Nərmin Etibar qızı - Bülbül
adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Rəsulov İsrafil Fərhad oğlu - Bakı
şəhər Leopold və Mstislav Rostropoviçlər
adına 21 saylı onbirillik Musiqi Məktəbinin şagirdi
Rzayev-Sarabski İsfar Aydın oğlu - Bülbül adına
Orta İxtisas Musiqi Məktəbinin şagirdi
Rzayeva Fəridə Cavanşir qızı - Bakı
şəhər Georgi Şaroyev adına 35 saylı onbirillik
Musiqi Məktəbinin şagirdi
Seyidova Ceyla Uran qızı - Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin şagirdi
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2007-ci il
Xalq qəzeti.- 2007.- 15 iyun.- S. 3.