Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" 1996- il 22 iyun tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət gimnaziyasının musiqi sahəsində xüsusi qabiliyyəti olan şagirdləri Aqşin Fərasət oğlu İsmayılovun Nigar Zamin qızı Qəhrəmanovanın adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyun 2007-ci il

 

Azərbaycan.-2007.-28 iyun.-S.2.