Tofiq Quliyevin 90 illik
yubileyi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2007-ci ilin noyabr ayında görkəmli Azərbaycan
bəstəkarı, xalq artisti, Dövlət mükafatı
laureatı, Azərbaycan estrada və caz musiqisinin
banilərindən biri Tofiq Ələkbər oğlu Quliyevin
anadan olmasının 90 illiyi tamam olur.
Tofiq Quliyevin yaradıcılığı
XX əsr Azərbaycan
musiqi mədəniyyəti
tarixinin ən parlaq səhifələrindən
birini təşkil edir. Onun mahnıları
və kino musiqiləri, estrada pyesləri və operettaları musiqi xəzinəmizin qızıl
fonduna daxil olmuşdur.
Milli musiqi mədəniyyətinin inkişafı
və təbliği işinə mühüm töhfələr vermiş
Tofiq Quliyevin 90 illik yubileyinin keçirilməsini təmin
etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının
Mədəniyyət və
Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar
İttifaqının təklifləri
nəzərə alınmaqla,
Tofiq Quliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 iyun 2007-ci il
Xalq qəzeti.-2007.-2 iyun.-S.1.