Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev iyunun 14-də Prezident sarayında məşhur opera müğənnisi,
SSRİ xalq artisti Yelena Obraztsovanı qəbul etmişdir.
Tanınmış opera müğənnisi
Yelena Obraztsova xalqımızın ümummilli
lideri Heydər Əliyevlə bağlı
xatirələrini böyük
ehtiramla xatırladı.
Uzun müddət Bakıya səfər etmədiyini deyən müğənni indiki səfəri zamanı ölkəmizdə çox
böyük inkişafın
getdiyini, aparılan abadlıq işlərinin onda böyük heyranlıq doğurduğunu qeyd etdi.
Dövlətimizin başçısı
Azərbaycanın iqtisadi
inkişafı, tarixi abidələrimizin qorunması,
bərpa edilməsi və mədəniyyətimizin
inkişaf etdirilməsi
sahəsində görülən
işlərdən danışdı.
Azərbaycan.-2007.-15 iyun.-S.3.