Ağaqızı Z.

                      

                     Qızıl qılınc sahiblərinə verildi

                      

                     Dünən Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətin təsis etdiyi “Qızıl qılınc” mükafatının təqdimetmə mərasimi keçirilib.

                      

                     Tədbirdə iştirak edən Yunus Oğuz cəmiyyətin 1994-cü ildə yaradıldığını, 2000-ci ildən isə “Qızıl qılınc” mükafatının təsis edildiyini bildirib. Onun fikrincə, bu mükafat Azərbaycanı layiqincə təmsil edənlərə, Azərbaycan xalqına əvəzsiz xidmət göstərənlərə təqdim edilir. “Bu mükafatı təqdim etməklə biz bildirmək istəyirik ki, xalqımızın layiqli övladları unudulmayıblar. Qızıl saflığı sevdiyindən, təmizlik, paklıq rəmzi olduğundan biz bu mükafatı əqidəsi saf olan insanlara təqdim etmişik”. Y.Oğuz əlavə edib ki, mükafat hər dəfə 12 qalibə təqdim olunur. İndiyə qədər bu mükafata layiq görülənlər sırasında xalq şairi Bəxtiyar Vahabzadə, millət vəkili Qənirə Paşayeva, xanəndə Mənsum İbrahimov başqaları var.

                     Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva Azərbaycanın mədəni mənəvi irsinin qorunub saxlanılmasındakı xidmətlərinə, səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə sahəsindəki islahatlara, Qulu Məhərrəmli jurnalistika sahəsindəki fəaliyyətinə görəQızıl qılıncmükafatına layiq görüblər. Ən yaxşı ssenariyə görə mükafata layiq görülmüş Ənvər Seyidov cəmiyyətin sədrinə minnətdarlıq etdi: “Təlatümfilminə verdiyiniz qiymətə görə sizə təşəkkürümü bildirirəm. Bu gün mənimçün həm tarixi bir gündür. Çünki Azərbaycanın tarixini əks etdirən filmin ssenarisinə görə bu mükafata layiq görülmüşəm. Həm şərəflidir ona görə ki, bu mükafata layiq görülən mötəbər insanların siyahısına mənim adım qeyd edilib”.

                     Mükafat kinorejissorluq fəaliyyətinə görə (“Sarı gəlin”) rejissor Məhərrəm Bədirzadəyə, türk dünyasının birliyi uğrunda fəaliyyətinə görə Tənzilə Rüstəmxanlıya, Azərbaycanı xaricdə uğurla təmsil etdiyinə görə Alim Qasımova, “Dədə Qorqudkitabəsinin təqdimatına görə Kamal Abdullaya da təqdim edildi. İdman sahəsindəki fəaliyyətinə görə mükafata layiq görülmüş millət vəkili Adil Əliyev Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyətə təşəkkürünü bildirib. Bu cür mükafatların verilməsi təqdirəlayiq hal olmaqla yanaşı, həm Azərbaycan xalqına xidmət etmək yönündə insanlarda yüksək əhval-ruhiyyə yaradır. Azərbaycanın dostu nominasiyasında Türk Böyük Hüquqçular Birliyinin sədri Kemal Kerincsiz isə bunları söylədi: “Bu mükafatın mənəvi ağırlığını dərk edirəm. Azərbaycana ikinci Vətən demirəm. Azərbaycan mənim həqiqi vətənimdir”.

                     Baş redaktorluq fəaliyyətinə görə Elçin Şıxlı, ən yaxşı kitab müəllifi (“Ayın 32-ci günü”) nominasiyası üzrə Hafiz Mirzə Qızıl qılınca layiq görülüblər.

                      

  Yeni Azərbaycan.- 2007.- 9 iyun.- S. 12.