Cabbarlı A.

 

Mədəni irsimizi, musiqimizi tanıtmaq milli borcumuzdur

Türkiyədə yaşayan həmyerlimiz, məşhur balaban ustası Əlixan Səmədov məhz bu cür düşünür


Əlixan Səmədov Sumqayıtda böyüyüb boya-başa çatıb.
Valideynləri ölkənin cənub regionundandır. 1990- ildə Azərbaycan Dövlət Pedaqoji Unversitetini bitirib. Nəfəsli alətlərin demək olar hamısının - balabanın, klarnetin, zurnanın, saksafonun sirlərinə qısa müddətdə dərindən yiyələnən Əlixanın tale yolu 1993-cü ildə Türkiyəyə düşdü.
Türk xalq sənətini, musiqi tarixini mədəniyyətini incəliklərin
ədək öyrənməsi, folklorçu alimlərlə tanışlığı, müasir musiqiyə meyili onu bu sahədə bir müəllim, ustad kimi yetişdirib. Son illər yazdığı "Balaban metodu" kitabını Əlixan səmərəli yaradıcılıq dövrünün bəhrəsi hesab edir.
Respublika Bilik, Maarifçilik, Mədəniyyət İnformasiya Mərkəzinin sədri Elşad Quliyev deyir ki, Əlixan ilk sənət təcrübəsini Rafiq Babayev Səyavuş Kərimi kimi sənətkarların yanında keçib. O, təpədən-dırnağa kimi azərbaycanlıdır. Əlixan Səmədov Turkiyədə olduğu müddətdə əslində bir institutun işini görüb. Bu ölkədə balabanın "duduk" adlandırılmasının qarşısını almaqla o, həm Türkiyədə yaşaya-yaşaya musiqimizə musiqi alətlərimizə yiyə çıxmaq istəyən, diş qıcayan hayların dərsini verdi. Əlixan Səmədov yalnız Türkiyədə deyil, Fransada, Almaniyada, Avropanın bir sıra digər ölkələrində, uzaq Yaponiyada "Sarı gəlin"in qolundan tutub mötəbər salonlarda əsl musiqi fanatlarına bütün ləyaqəti, gözəlliyi ilə təqdim edərkən bədnam qonşularımızın "Sarı gəlin"in ayağına su tökməyə belə layiq olmadıqlarını bütün çılpaqlığı ilə sübut etmiş oldu. Elşad müəllim məhz bu məqama xüsusi diqqət yetirdi bildirdi ki, Əlixanın balabanının səsi sadəcə musiqi aləti deyil, insanın özünün səsi, fəlsəfi düşüncələrinin, bəşəri duyğularının ifadəsidir. Bu səs milli mənəviyyatımızın, həyat tərzimizin simvolu, həmişəyaşarlıq məşəlidir. Hollivudun, Cənubi Amerika kinostudiyalarının filmlərində, Ermənistan qaçqınları haqqında kinolentdə, Avropanın məşhur ziyafət salonlarında Əlixan Səmədovun ifasının səsləndiyini biləndə ustad sənətkarın fəlsəfəsinə, düşüncə ifa tərzinə vuruldum. Balabana əslində yeni həyat verən Əlixan Səmədova rəhbərlik etdiyim qurumun Yusif Məmmədəliyev medalının verilməsi qərarına da məhz bu duyğuların işığında gəldim. Onun haqqında çəkilən verilişə dəvət aldığıma görə çox şadam. Az.TV- xalqın ürəyindən xəbər verən, milli-mənəvi dəyərlərimizə xidmət edən verilişlərin sayının artması bizi sevindirir".
Musiqimizi, mədəni irsimizi tanıtmaq, dünya arenasında nümayiş etdirmək bizim milli borcumuzdur. Bu fikir isə Əlixan Səmədovundur. O, öz dediklərini əməli işi ilə sübut edir. Türkiyə televiziyasının maqazin verilişlərindən birmənalı olaraq imtina edən ustad sənətkar yalnız ciddi proqramların qonağı olur. Azərbaycan milli musiqisinin yorulmaz təbliğatçısı Türkiyədə "Balaban" şirkəti yaradıb. O bu qurumun xətti ilə yalnız Türkiyədə deyil, Avropada, Amerikada, Yaxın Uzaq Şərqdə Azərbaycan xalq musiqisinin şah əsərlərini balabanın dili ilə milyonlara çatdırır. Əlixan Səmədovun "Sarı gəlin"i qitələri dolaşır, meridianları əriş-arğac edir - əsrlərin, min illərin müqəddəs duvağı, abır-həya pərdəsi üstündə

Azərbaycan. 2007.- 9 iyun.- S. 7.