Əbülfəs Qarayev Fidan va Xuraman Qasımova bacıları təbrik etdi

 

Bu ay məşhur müğənni, opera ustası Fidan Qasımovanın yubileyidir. Qeyd edək ki, Xuraman Qasımovanın da doğum günü bu aya təsadüf edir. Xatırladaq ki, hər iki sənətkar Azərbaycan mədəniyyətinə, opera sənətinə böyük töhfələr bəxş ediblər. Onları təbrik etmək üçün bu günlərdə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və nazir müavini Ədalət Vəliyev sənətkarın evində olaraq onları təbrik etdilər.

Müxbirimiz Fidan Qasımova ilə görüşərək nazirlə olan söhbətləri və görüşləri haqqında soruşub.Və onlara göstərən  qayğıya görə təşəkkürünü bildirdi:

 "Çox sağ olsun ki, hörmətli nazir vaxt tapıb, məni yada. saldı. Prezidentimiz özü yubileyimlə bağlı məni təbrik edib. Elə mərhum prezidentimiz Heydər Əliyey bizim sənətimizi dəyərləndirirdi. Yadımdadı ki, hər zaman   "Siz Azərbaycaın əbədi sənətçilərisiz" deyərdi. Heydər Əliyev senəti sevən insan idi. Ümumiyyətlə, o, böyük şəxsiyyət və siyasətçi olub. İlham Əliyev də onun kimi mədəniyyət işçilərinin sənətini qiymətləndirə bilir. Axır zamanlar sənət aləminin gənc nümayəndələrinə fəxri adların verilməsi buna sübutdur. Biz hamımız bilirik ki,nazirimiz də mədəniyyət işçilərinin sənətini çox yüksək qiymətləndirir və zəhmət çəkib gəlməsi bunun göstəricisidir"Fidan xanım fürsətdən istifadə edərək mətbuatda yer alan bəzi yalnış informasiyalara Fidan xanim öz münasibətini bildirdi:

"Bəzən xoşagəlməz yazılarla mətbutda qarşılaşmalı olurduq.Amma Əbülfəs müəllimin gəlişi ilə dedi-qodulara son qoyulub.

Yəni artıq mən mətbuatda yer alan məqalələrə rast gəlmirəm. Bir ki insan var idi, dedi-qodu edirdi, söz-söhbət yayırdı. Sənətkara qiymət vermirdilər. Amma sənətkann yaradıcılığı şəxsiyyəti haqqında danışarkən"dünənki gün" ifadəsini işlətmək olarmı? Bu, düzgün deyil".

 

Yaddaş.- 2007.- 21 iyun.- S. 2.