Əliyeva E.

 

Gənc bəstəkar ulu öndərin xatirəsinə bəstələdiyi odanı başlıca əsəri sayır

 

Bu yaxınlarda Belarus Respublikasının Qrodno şəhərində gənc bəstəkarların Yuri Semenyako adına IX Beynəlxalq müsabiqəsində ölkəmizi Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 9-cu sinif şagirdi Ayan Ertan qızı Odoğlu təmsil etmişdir. Azərbaycanın müsabiqədə yeganə nümayəndəsi olan gənc bakılı bu mötəbər yarışmanın qalibi adına tanınmış Belarus şairi Yakub Kolasın sözlərinə yazılmış ən yaxşı musiqi əsərinə – “Bahar nəğməsi görə xüsusi diploma layiq görülmüşdür.
Müsabiqənin həmyerlimizin böyük məharətlə öhdəsindən gəldiyi əsas şərtlərindən biri belə idi. Gənc həmyerlimiz bu mahnıda Belarus xalqının, onun milli xarakterini, çoşğunluğunu həyat eşqini musiqinin dili ilə ifadə edə bilmişdir. Bu işdə Ayana onun beynəlxalq müsabiqədə iştirakına maraq göstərən Belarusun Bakıdakı səfirliyinin işçiləri, ilk növbədə, səfir Nikolay Yermolayeviç Patskeviç kömək etmişlər.
Belarus torpağında Ayan Odoğlunun dinləyicilər tərəfindən böyük hərarətlə qarşılanmış digər əsərləri səslənmişdir. Onların arasında ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr etdiyiUlu öndərodası xüsusi vurğulanmalıdır. Ulu öndərə məhəbbətlə yazılmış, onun obrazının dərinliyini anlamaq baxımından ahəngdarlığı ilə fərqlənən bu sanballı klassik əsərdə solo hissəsini fortepianoda bəstəkarın özü ifa etmişdir. Geniş istifadə olunmuş milli musiqi alətlərimiz isə odaya xüsusi kolorit vermişdir. AyanUlu öndərodasını özünün başlıca əsəri sayır.
Odanın yaranması tarixi isə belədir: gənc bəstəkar əsəri ulu öndərimizin vəfatından bir neçə gün sonraonu yuxusunda gördükdən sonra yazmışdır. Ayan yuxusu barədə belə deyir: “O, mənə baxıb gülümsədi işlərimin necə getdiyini soruşdu. Cavab verməyə imkan tapmayıb oyananda isə, bunu musiqi vasitəsilə etmək qərarına gəldim”. İstedadlı aranjemançı Mahir İbrahimovun aranjeman etdiyi simfonik əsər belə yarandı. Ümummilli liderimizin vəfatından bir il sonra isə Fuad Əlişovun çəkdiyi klip şəklində ekranlara çıxdı. Qrodno müsabiqəsində məhz bu xatirə odası səsləndi.
Odanı, Ayanın silsilə prelüdlərini Rondoəsərini dinləyən nüfuzlu münsiflər heyətinin üzvləri azərbaycanlı qızın xariqüladə istedadını vurğulayaraq, onu parlamaqda olan ulduz adlandırmış əminliklə bildirmişlər ki, bu qız Hacıbəyov Qarayev bəstəkarlıq məktəbinin gözəl ənənələrini öz yaradıcılığı ilə layiqincə davam etdirənlərdən biri olacaqdır.
Ayan Odoğlu müsabiqədə bir sıra qiymətli mükafatlara da layiq görülmüşdür. Təqdimat mərasimində qalibin başında Azərbaycan bayrağının rəmzi olan rənglərin bərq vurduğu tac vardı. Ayanın özünün etirafınca, bu, ona böyük sevinc, təqdimat mərasiminə isə xüsusi bayram əhval-ruhiyyəsi bəxş etdi.
Balaca bakılının Belarusda qazandığı uğur təsadüfi deyildir. Bu, təkcə Tanrı bəxşişi deyil, həm yorulmaz əməyin, o cümlədən onu əhatə edən insanların əməyinin bəhrəsidir. Ayanın yanında həmişə Tanrı vergisi olan istedadının təşəkkülünə inkişafına kömək edən insanlar olmuşdur. Bəstəkar Oqtay Zülfüqarov, – Ayan 3 yaşında ikən onun uşaq xorunda oxumuşdur, – xalq çalğı alətləri ansamblının rəhbəri, Ayana musiqi savadının bütün incəliklərini öyrətmiş Tofiq Quliyev, 6 yaşından bəri Bülbül adına musiqi məktəbində onunla məşğul olan müəllimləri İlham Abdullayev, Nərgiz Şəfiyeva başqaları belə insanlardır. Ayan 9 yaşında Dövlət Teleradio Şirkəti nəzdindəkiBənövşəxorunun solisti olmuş, orada öz mahnılarını da oxumuşdur. Məktəbin direktoru Nigar Cərulla tədris hissə müdiri Sona İbrahimova da ona böyük kömək göstərmiş, məktəbdənkənar məşğələlərinə şərait yaratmışlar.
Ayanın qeyri-adi istedadına valeh olan müəllimləri onunla böyük məmnuniyyətlə işləmişlər. Məsələn, Ayana vokal öyrədən Esmeralda Hüseynova şagirdininArzularmahnısının sözlərini yazmışdır. Gənc bəstəkarınNovruz”, “Vətən”, “Karusel bu yaxınlarda Faiq Ağayevin ifa etdiyiBağışladımmahnıları dinləyicilərə tanışdır. Bu mahnılar böyük şairimiz Bəxtiyar Vahabzadənin, habelə Baba Vəziroğlunun başqalarının şeirlərinə yazılmışdır. Ayan Bakı Musiqi Akademiyasının müəllimi, Qara Qarayevin şagirdi Aydın Əzimovun ona göstərdiyi dəstəyi böyük minnətdarlıqla vurğulayır.
Ayanın bəstəkarlıq məharətinin formalaşmasında misilsiz rol oynamış mərhum bəstəkar İsmayıl Hacıbəyovun adı Odoğlular ailəsində böyük ehtiramla çəkilir. İsmayıl müəllim həmişə deyərdi: “Yox-yox, musiqi bəstələməyi öyrətmək qeyri-mümkündür. Bu, Tanrı vergisidir”. Ona görə hesab edirdi ki, gənc istedada mövzunu duymaq bunu musiqinin dili ilə ifadə etmək imkanı verilməlidir. Gənc istedada belə bir imkan verən bəstəkar ona həmkarı kimi, hörmətlə yanaşırdı. Müəlliminin qəfil vəfatı Ayan üçün ağır zərbə olur. Hələ uzun müddət partitura, fortepiano arxasına keçəndə özünü müəlliminə hesabat verirmiş kimi aparırdı. Ayanın kiçik yaşlarından tanınmasında, onun musiqiçi kimi formalaşmasında xidmətləri olan daha bir insannənəsi Üzeyrə xanım olmuşdur. Nəsillikcə mikrobioloq olan nənəsi nəvəsinin istedadını inkişaf etdirmək üçün az zəhmət çəkməmişdir. Təbii ki, onun bu qayğılarını Ayanın valideynləri, yaxınları da bölüşmüşlər.
13 yaşlı bəstəkarın musiqi biliciləri tərəfindən yüksək qiymətləndirilən 50-dən çox əsərindən hər biri müəllifdən daha çox onu yetişdirən, inki
şaf etdirən, öyrədən yönəldən şəxslərə böyük sevinc bəxş edir. Öz xalqını Vətənini layiqincə təmsil edənlərə sağlığında həmişə diqqət qayğı ilə yanaşan ulu öndərin ruhu, bəlkə , ona görə bu gənc istedadı qoruyur.
 
Xalq qəzeti.-2007.-10 iyun.-S.6.