Əliyeva E.
Onun böyük istedad
sahibi olduğunu dahi Şostakoviç də etiraf etmişdir
Qəribədir,
dünyasını dəyişənlərdən kimisə
xatırlayarkən, nə üçünsə, tamamilə
əhəmiyyətsiz bir epizod yada düşür. Elə
mən də tanınmış soydaşımız
yaşasaydı, 90 yaşı tamam olacaq görkəmli
bəstəkar Cövdət Hacıyev barədə yazmağa
hazırlaşarkən, istər-istəməz ötən
əsrin 60-cı illərində baş vermiş bir
hadisəni xatırladım. O dövrdə Azərbaycan
Dövlət Konservatoriyasma (indiki Bakı Musiqi Akademiyası)
başçılıq edən bu böyük musiqiçi, Azərbaycan
simfonizminin banisi ilə məhz həmin vaxt tanış
olmuşdum.
Uzun illər
respublikamızda təmsilçisi olduğum "Izvestiya"
qəzeti üçün uşaqların musiqi təhsili
haqqında material hazırlayırdım və müxtəlif
səviyyəli mütəxəssislərin rəyini bilmək
istəyirdim. Müasir bəstəkarlıq məktəbinin
nümayəndəsi, yetirməsinin parlaq gələcəyinə
inanan dahi Şostakoviçin sevimli tələbəsi,
üzeyir Hacıbəyovun məktəbini keçmiş
Cövdət Hacıyevin həm də gözəl pedaqoq
olduğunu bildiyim üçün ondan bu barədə
fikirlərini bölüşməyi xahiş etdim.
Yadımdadır,
"əgər uşağın elə bir musiqi qabiliyyəti
yoxdursa, ona musiqi təhsili verməyə dəyərmi?"
sualına Cövdət müəllim birmənalı
şəkildə "əlbəttə, dəyər"
cavabı verdi... Uşağın istedadını heç
də həmişə dərhal və düzgün müəyyənləşdirmək
mümkün olmur. Hətta vaxtilə Verdini də
"qabiliyyəti olmadığından" əvvəlcə
musiqi məktəbinə qəbul etməmişdilər. Əlbəttə,
musiqi təhsili alan hər kəs dahi musiqiçi olmur. Lakin
ibtidai ımusiqi təhsili, insanın ecazkar musiqi aləmi
ilə tanış olması, zənnimcə, vacibdir,
çünki bu, həm də xarakterin, ümumi
dünyagörüşünün formalaşmasına
kömək edir.
Həmin gün mən
novator bəstəkar, incəsənətdə ilk
addımlarından musiqi olimpində öz yerini tutan
Cövdət Hacıyevi özüm üçün həm
də çox sətnimi bir insan kimi kəşf etdim. Onun xeyirxahlıqla
dediyi bu sözlərdə övladlarının həm də
musiqi təhsili almasını istəyən valideynlərin
narahatlığına həssalıqla yanaşması
aydın ğörünürdü. Bir sözlə, onunla
ünsiyyətdə olmaq çox xoş idi.
Bəlkə də maestro haqqında söhbətə başqa cür başlamaq lazım idi. Axı onun sənəti, Azərbaycan musiqisinə yeni nəfəs gətirən əsərləri ilə yaxından tanış olanlar Cövdət İsmayıl oğlu Hacıyevin həyat yolu ilə tanışdıriar. Bu yol isə heç də hamar olmamışdır.
C.Hacıyev bəstəkarlıq məktəbinin ardıcılları və ustadın yaradıcilığının pərəstişkarları onun 1930-cu illərdə, Azərbaycan Dövlət Konservatoriyasının tələbəsi ikən formalizmdə təqsirləndirilən müəllimi Şostakoviçin müdafiəsinə qalxmasını, "Msensk qəzasının ledi Makbeti" operasını dövrün nadir hadisəsi adlandırmasını indi yalnız ayrı-ayrı məqalələrdən oxumuşlar. Yalnız Üzeyir Hacıbəyovun və digər mütəxəs-sislərin yüksək qiymətləndirdikləri böyük istedadı onu "yuxarıların" qəzəbindən qorudu. Bakıda təhsilini başa çatdıran Cövdət Moskvaya getdi və yalnız müharibədən sonra Şostakoviçin sinfini bitirdi.
Cövdət Hacıyevin ilk böyük əsəri olan "Azərbaycan süitası"ndan, sonralar Qara Qarayev ilə birlikdə yazdıqları və SSRİ dövlət mükafatına layiq görüldükləri “Vətən” operasından tutmuş xalqımıxın dahi lideri Heydər Əliyevə həsr olunmuş sonuncu, səkkixinci “Onu zaman seçmişdir” simfoniyasınadək bütün yaradıcılığı yüksək vətəndaşlıq qayəsi ilə fərqlənir. Musiqişunasların yazdığı kimi, əsl peşəkar, incə qəlbə malik bəstəkar özünün dərin məzmunlu, yüksək bədiiliyə malik əsərlərində Azərbaycan xalq musiqisinin müxtəlif janrlarının bədii ifadə vasitələrindən ustalıqla istifadə etmişdir. Onun simfonik əsərləri qəhrəmanlıq motiviəri, humanizm, insanın mənəvi gözəlliyinin tərənnümü ilə səciyyələnir.
Həmin əsərlərin əksəriyyəti bəstəkarın 90 illiyi münasibətilə bu günlərdə keçiriləcək konsertdə səslənəcəkdir. C.Hacıyevin Dmitri Şostakoviçin şərəfinə yazdığı "Müəllimin xatirəsinə" üçüncü simfoniyasının, əslində, ikinci premyerası olacaqdır. Bu əsər ilk və sonuncu dəfə 1947-ci ildə səslənmişdi, sonra müəllifi formalizmdə təqsirləndirərək simfoniyanı repertuardan çıxarmışdılar.
Lakin«bu, bəstəkara yaradıcılığını davam etdirməkdə mane olmadı. Dünya musiqisi xəzinəsini zənginləşdirən yeni əsərləri ilə müasir musiqi sənəti tarixinə parlaq səhifələr yazdı. Məsələn, Şostakoviç tələbəsinin Dördüncü simfoniyasını ən yaxşı Azərbaycan simfoniyası sayırdı. Bir vaxt SSRİ bəstəkarlarının növbəti qurultayı SSRl xalq artisti, maestro Niyazinin rəhbərliyi ilə Moskva Dövlət Simfonik Orkestrinin ifasında bu simfoniya ilə açılmışdı. 1951-ci ildə "Sülh uğrunda" simfonik poemasına görə isə bəstəkar ikinci dəfə SSRİ Dövlət mükafatına layiq görülmüşdü.
Mərhum bəstəkar, xalq artisti, professor Vasif Adıgözəlov Cövdət Hacıyev haqqında deyirdi: "İliyinədək milli musiqimizə, milli köklərə bağlı olan Cövdət Hacıyevə həm də ümumbəşəri hisslər, ümumbəşəri məhəbbət xas cəhətlər idi". Keçmiş tələbəsi, Azərbaycanın xalq artisti Aqşin Əlizadə Cövdət Hacıyevi parlaq istedada, ensiklopedik biliyə malik insan adlandırmışdır. Bəstəkarın doğmaları ömür-gün yoldaşı, böyük rəqqasəmiz Əminə Dilbazi, musiqiçi olan oğlanları İsmayıl və Mikayıl, qızları Nərmin və Pərvin onu xeyirxah, geniş qəlbli, təvazökar, utancaq. ancaq, eyni zamanda, bütün məsələlərdə prinsipial bir insan kimi xatırlayırlar. Bu ailə ilə ünsiyyətdə olan insanlar deyirlər ki, xoşbəxtlikdən övladlarının hər birində Cövdət Hacıyevin müəyyən xüsusiyyətləri vardır sanki ata onların hər birində yaşayıb-yaratmaqda davam edir.
Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafına və təbliğinə töhfəsi yüksək qiymətləndirilmişdir. O, bir çox fəxri adlara və mükafatlara layiq görülmüşdür. Ancaq bəstəkar üçün ən əziz mükafat müstəqil Azərbaycan Respublikasının "Şöhrət" ordeni idi. Cövdət müəllim fəxr edirdi ki, bu ordeni ona şəxsən ulu öndər Heydər Əliyev təqdim etmişdi.
İllər ötür, artıq beş ildən çoxdur ki, Cövdət Hacıyev həyatdan getmişdir. Ancaq onun xeyirxah və
böyük istedadının
bəhrəsi olan musiqisi əbədi yaşayacaqdır.
Respublika.- 2007.- 22 iyun.- S. 6.