Əcnəbi musiqiçilər Azərbaycanda

 

Onların ifası Gəncədə Bakıda dinlənilib

 

ABŞ-ın tanınmış pianoçusu, dünya şöhrətli Oksana Yablonskayanın oğlu, diriyor violonçel ifaçısı Dmitri Yablonski Gəncə Dövlət Kamera Orkestrinin konsert salonunda konsert proqramı ilə çıxış edib. Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə keçirilən musiqili proqramda məktəbin rektoru Fərhad Bədəlbəyli iştirak edib. Konsertdən sonra F.Bədəlbəyli: "Azərbaycan təkcə paytaxt Bakıdan ibarət deyil. Çalışmalıyıq ki, respublikamıza gələn görkəmli musiqiçilərin ifasını bölgələrdəki tamaşaçılar da eşitsinlər. Musiqi zövqləri inkişaf etsin" - deyə bildirib.

Qeyd edək ki, musiqili tədbirdən sonra qonaqlar Gəncə şəhəri ilə tanış olublar. Eyni gündə Azərbaycan Dövlət Filarmoniyasında rusiyalı musiqiçi, diriyor Fyodor Qluşşenko virtuoz pianoçu Mixail Lidiskinin çıxışları dinlənilib. Birinci hissədə tamaşaçılar M.Lidskinin, ikinci hissədə isə F.Qluşşenkonun ifasını eşidiblər. Hər iki musiqiçi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Motsart Çaykovskinin əsərlərini səsləndiriblər.

 

Kaspi.-2007.-1 iyun.-S.17.