İbrahimova S.

 

Ermənilər saza da sahib çıxmaq istəyirlər

 

Gürcüstandan Azərbaycana gətirilən həmin alətlər 50 manata satılır

 

Bu gün Azərbaycanla Ermənistan arasında bütün iqtisadi münasibətlərin dondurulmasına baxmayaraq, hərdənbir bu ölkənin məhsulları Azərbaycan bazarına ayaq açır. Təbii ki, bu da ermənipərəst qüvvələrinfəallıqlarının vaxtaşırı artması ilə bağlıdır. Məlumata görə, bu dəfə sazın vətəni olan Azərbaycana erməni sazı gətirilir. Həmin sazlar Ermənistanda ucuz işçi qüvvəsindən 10 manata alınıb, Gürcüstandan keçməklə gətirilir, "Əzizbəyov" digər metro stansiyaları ətraflarında 50 manata satılır.

Görəsən, söz sahiblərimizin bundan xəbəri varmı? Təsadüfən hardasa bu sazlardan birini əllərin alanda erməni məhsulu olduğunu biliblərmi? Aşıqlar Birliyinin sədri Zümrüd Məmmədova hesab edir ki, burada hansısa məqsəd güdülür. Odurki, sərhədçilərin ayıq-sayıq olması vacibdir. Onun sözlərinə görə, saz bizimdir: "Özgə dildə danışmağa var ki, oğul odur ki, öz dilini başqasına öyrətsin".

Zümrüd xanımın fikrincə, bu, ermənilərin bizə daha bir mesayıdır. Daha bir alətimizə sahib çıxan "qonşular" əslində, onun surətini çıxarmaqla məşğuldurlar: "Azərbaycana məxsus sazlara baxıb, onun oxşarını yaradırlar. Amma keyfiyyətində yerlə-göy qədər fərq hiss olunur. Faktı doğrultmaq üçün bir neçə ustadla həmin sazlara baxış keçirmişik. Oxşarlıq var, amma keyfiyyət yox. Pərdə uyğun gəlmir, səs imkanları çox zəifdir. Bu cür alətlərdən paytaxt kənarındakı kafelərdə insanları əyləndirmək üçün ara aşıqları istifadə edirlər. Yəni sənətinə hörmət edən aşıq bu aləti sinəsinə sıxmaz".

Z.Əsgərqızı əlavə etdi ki, əsl sazın qiyməti yuxarıda göstərilən məbləğdən qat-qat üstündür. Tovuzlu Xudunun ənənələrini davam etdirən oğlu Fərmanın hazırladığı sazlar minimum 500 ABŞ dollarına satılır. Bu məbləği ödəmək imkanı olmayan aşıqlar isə Əzizbəyov metro stansiyasının ətafına üz tutur: "Onlar əsl aşıq deyillər. Əsl sənətkar alətin keyfiyyətinə mütləq diqqət yetirməlidir. Ermənilərə gəlincə, onlar bizim alətimizin oxşarını düzəldib sata bilərlər. Amma 72 havamızdan heç birini çala bilməzlər. Tarix boyu buna cəhd göstəriblər, amma alınmayıb. Sovet dönəmində tarı ələ keçirib, çaldılar. Amma saza təcavüzləri baş tutmadı".

Efirdə aşıq sənətinə həsr edilən verilişlərin sayının azaldığını xatırladan qurumun sədri: "Vaxtilə "Sarı gəlin" ətrafında mübahisələrdən istifadə edən ermənilər folklorumuza göz dikdilər. İndi aşıq sənətinə qarşı yad münasibətdən istifadə edərək tarixlərini zənginləşdirmək cəhdlərini boşa çıxarmaq istəmirlər".

Z.Əsgərqızı folklor dəyərlərimizə xələl gətirən verilişlərin yığışdırılması istiqamətində aparılmasını sazın Azərbaycana məxsusluğunu sübut olunmasını vacib saydı.

 

Kaspi.- 2007.- 6 iyun.-S. 17.