İbrahimova S.
Musiqimiz
dünya səhnələrində
səsləndirilməlidir"
Bəstəkarlar İttifaqının qurultayında
bu məqam önə çəkilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
Bəstəkarlar İttifaqının
növbəti - VIII qurultayı
açılıb. Fəxri Xiyabanda
görkəmli şəxsiyyətlərin
məzarlarını ziyarətdən
sonra qurumun birinci katibi Ramiz Zöhrabov qurultayın gündəliyi,
bəstəkarların son
10 ildə yazılmış
yeni əsərlərinin
ifa edilməsi, qurultayın davam edəcəyi günlərdə
paytaxtın müxtəlif
salonlarında keçiriləcək konsert
proqramları haqqında
məlumat verərək
bildirib ki, qurultaya Türkiyə, Ukrayna, Gürcüstan, Özbəkistan, Tacikistan və digər ölkələrdən qonaqlar
iştirak edirlər.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Azərbaycanın müstəqilliyi
dövründə qurumun
ilk qurultayı olduğunu diqqətə çatdırıb. Xatırladaq
ki, sonuncu qurultaydan 17 il ötür. O, Bəstəkarlar
İttifaqının yaranma
tarixini xatırladaraq yaradıcı təşkilatın
1934-cü ildə SSRİ Bəstəkarlar
İttifaqının respublika
şöbəsi kimi fəaliyyətə başladığını
diqqətə çatdırıb:
"Quruma görkəmli
bəstəkarlar rəhbərlik
edib. İttifaqın nüfuzunu qorumaq üçün qarşıda
çox mühüm vəzifələr durur. Düşünürəm ki,
bu istiqamətdə başlıca məqam Azərbaycan musiqisini beynəlxalq miqyasda tanıtmaq, onu dünya səhnələrində
səsləndirməkdir".
Tədbirin davamında qurultayın proqramına uyğun olaraq bəstəkarların
əsərləri səsləndirilib.
İki hissədən
ibarət simfonik konsertdə Üzeyir Hacıbəyovun "Koroğlu"
operasından üvertura,
Arif Məlikovun və Firəngiz Əlizadənin 8 nömrəli
simfoniyası, Aqşin
Əlizadənin xor və simfonik orkestr üçün
"Ana torpaq", Musa Mirzəyevin "Doğma Azərbaycan" oratoriyası, Tofiq Bakıxanov, Oqtay Zülfüqarov, Azər Dadaşov, Rauf Əliyev və Vasif Allahverdiyevin əsərlərini Ü.Hacıbəyov
adına Azərbaycan Dövlət Simfonik Orkestri Rauf Abdullayevin
diriyorluğu ilə səsləndirib.
Kaspi.-2007.-13
iyun.-S.17.