Mahnı Teatrında Rəşid Behbudovun
xatirəsinə həsr olunmuş müəllif konserti
İyunun 9-da Rəşid Behbudov adına Dövlət
Mahnı Teatrında bəstəkar İlham Abdullayevin
görkəmli sənətkar, dünya şöhrətli
müğənni Rəşid Behbudovun xatirəsinə
həsr edilmiş müəllif konserti olmuşdur.
Tədbirdən əvvəl görkəmli
müğənninin adını daşıyan mahnı
teatrının kollektivi, onun ailə üzvləri və
Rəşidsevərlər Fəxri xiyabana gəjərək,
Rəşid Behbudovun məzarını ziyarət
etmişlər. Mədəniyyət və Turizm Nazirliyinin
təşkilatçılığı ilə
keçirilən konsertdə bəstəkar İlham Abdullayevin
müxtəlif janrlarda əsərləri
səslənmişdir. Bu əsərləri məlahətli
səsi və orijinal ifa tərzi ilə qəlblərdə
yaşayan unudulmaz müğənninin qızı, Əməkdar
artist Rəşidə Behbudova, bəstəkar İ.Abdullayev
və onun fortepianoda müşayiəti ilə Leyla Qafari (vokal),
Davud Əsgərli (vokal), Vüqar Süleymanov (tar),
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
şagirdləri Nailə Məmmədova (skripka), Nəzrin
Məmmədova (skripka), Ağaəli Babayev (qaboy), Yəhya
Qarayev (alt), Bəhruz Zeynalov (tar), "Təbəssüm"
qrupu və başqaları ifa etmişlər.
Tamaşaçılar bəstəkar İlham
Abdullayevin "Hamı qonaq bu dünyaya", "Vokaliz",
"İthaf', "Aşıqsayağı",
"Çətir", "Mehriban qızlar" və
digər mahnılarını, tar, skripka və fortepiano
üçün əsərlərini rəğbətlə
qarşılamışlar. Böyük sənətkar
Rəşid Behbudova ithaf olunan əsərlər
iştirakçıların qəlbində xoş duyğular
oyatmışdır
Respublika.- 2007.- 10 iyun.-
S. 7.