Mehriban

 

“Yenə səninləyəm, doğma Bakı”

 

Həmyerlimiz Murat Kajlayevin fra adla yaradialiq gecəsi keçirildi. Dünən Rəşid behbudov adına Mahnı Teatrında SSRİ Xalq artisti, dövlət mükafatı laureatı, görkəmli bəstəkar və dirijor Murat Kajlayevin "Yenə səninləyəm, doğma Bakı" adı ilə yaradıcılıq gecəsi keçirildi. tədbiri giriş sözü ifə Mədəniyyət və Türizm nazirinin müavini Ədalət Vəliyev açaraq musiqisevərləri salamladı: "Murat Kaylayev nəinki Azərbaycanda, keçmiş SSRİ-də tanınan və kifayət qədər sevilən bir bəstəkar, dirijordur. Bu gecədə Əbülfəs müəllim iştirak etməli idi, amma o, qurultaya qatuıldığı üçün gələ bilmədi. Onun adından hər kəsi salamlayıram. O, Rusiyada yaşasa da, o Bakıda anadan olub. Üzeyir Hacıbəyov adına Konservatoriyada maestro Niyazidən təhsil alıb. Onun bir çox əsərləri var ki, bizim ifaçılar indi də sevə-sevə ifa edirlər". Daha sonra söz Murat Kajlayevə verildi: "Əziz yerlilərim, mən çox xoşbəxtəm ki, bu gün sizinlə görüşürəm. On illərdir ki, bu, mənə nəsib olmurdu. Burada öz yaxınlarını görür və bu təmasdan özümü xoşbəxt hiss edirəm. Mən burda anadan olmuşam, burada təhsil almışam və mədəniyyətin sirlərinə bələd olmuşam. Bakıya bu dəfə gələndə dəyişiklik, inkişaf hiss etdim. Balaca evlərin yerində göydələnlərlə rastlaşdım. Bu məni sevindirir. Bu gecənin təşkil olunmasından bir də ona görə məmnunam ki, bunu bakılılar edib. Mənim əsərlərimi ifa edən ifaçılara da öz minnətdarlığımı bildirirəm. Bu dəfə Bakını rahat gəzmək qismət olmasa da, gələcək səfərlərdə bunu edəcəyəm".Qonaq cıxışının axırında Mədəniyyət və Turizm Nazirliyinə də təşəkkürünü bildirdi. Daha sonra konsert proqramı oldu. Bülbül adına orta ixtisas məktəbinin şagirdləri onun dörd əsərini fortepianoda ifa etdilər. Çıxışçılar arasında "Bəri bax" vokal qrupu, Xalq artisti Natəvan Şeyxova, Əməkdar artist Rəşidə Rəşid də vardı.

 

Yaddaş.- 2007.- 21 iuyn.- S. 3.