GUAM-ın Bakı
zirvə görüşündə
əməkdaşlığa dair sənədlər imzalanmışdır
İyunun 19-da Demokratiya
və İqtisadi İnkişaf Uğrunda Təşkilat - GUAM
ölkələri dövlət
başçılarının Bakıda keçirilən 2-ci
zirvə görüşü çərçivəsində
müxtəlif sahələrdə
əməkdaşlığa dair bir neçə sənəd
imzalanmışdır.
GUAM-ın imtiyazları və immunitetlərinə dair
sazişi Azərbaycan, Gürcüstan və Ukraynanın xarici
işlər nazirləri Elmar Məmmədyarov, Gela
Bejuaşvili, Arseni Yatsenyuk, Moldova adından isə xarici
işlər və Avropa inteqrasiyası nazirinin müavini Valeri
Ustalov imzaladılar.
GUAM-ın üzvü olan ölkələrin
hökumətləri arasında yüklərin beynəlxalq
multimodal daşınması haqqında sazişi Ukraynanın
xarici işlər naziri Arseni Yatsenyuk, Azərbaycanın
nəqliyyat naziri Ziya Məmmədov, Gürcüstanın
iqtisadi inkişaf nazirinin müavini Kaxa Damenya və
Moldovanın xarici işlər və Avropa inteqrasiyası
nazirinin müavini Valeri Ustalov, GUAM ölkələrinin
2007-2010-cu illərdə mədəniyyət sahəsində
əməkdaşlığı haqqında protokolu
Azərbaycanın mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev, Ukraynanın xarici işlər naziri
Arseni Yatsenyuk, Gürcüstanın mədəni
abidələrin qorunması və idman naziri Georgi Qabaşvili
və Moldovanın xarici işlər və Avropa inteqrasiyası
nazirinin müavini Valeri Ustalov imzaladılar.
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin
Heydərov, Gürcüstanın energetika naziri Nika Gilauri,
Ukraynanın xarici işlər naziri Arseni Yatsenyuk, Moldovanın
xarici işlər və Avropa inteqrasiyası nazirinin müavini
Valeri Ustalov Nüvə və radiasiya təhlükəsizliyi
məsələlərində qarşılıqlı
yardıma dair memorandumu imzaladılar.
Azərbaycan.- 2007.- 20 iyun.-S. 5.