10 yaşlı skripkaçımız Avropanı heyrətləndirdi

 

Elvin Qəniyev Avropa Şurasında konsert verib

Dünən Avropa Şurasının binasında Nazirlər Komitəsinin iclasları keçirilən zalın qarşısındakı foyedə 10 yaşlı Azərbaycan skripkaçısı Elvin Qəniyev konsert verib. APA-nın Strasburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, tədbir Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyi tərəfindən təşkil olunııb.

Tədbirdə daimi nümayəndəliyin rəhbəri Arif Məmmədov, Tatarıstan Respublikasının Avropa Şurası Yerli Regional Hakimiyyətlər Konqresindəki nümayəndə heyətinin rəhbəri Fərid Məhəmmədşid çıxış ediblər. London Moskva müsabiqələrinin qalibi, Spivakov təqaüdünün laureatı Elvin Qəniyevin virtuoz ifasını Konqresin plenar sessiyasında iştirak edənlər böylik maraqla dinləyib alqışlarla qarşılayıb. Kiçik yaşlı skripkaçı dünya şöhrətli avropalı Bize, Massne ilə yanaşı, Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərini ifa edib.

 

Ekspress.- 2007.- 1 iyun.- S. 13.