80 yaşlı
Habil Əliyev möcüzəsi
Bugünlərdə korifey sənətkarımız,
görkəmli kamança
ustası Habil Əliyevin 80 yaşı tamam olub. Ömrünün
70 ilindən çoxunu
sənətə həsr
edən Habil müəllimin qəlbinin
səsi, əllərinin
istisi ilə dilə gətirdiyi kamançasının möcüzəsi,
sirri-sehri bütün dünyanı dolaşıb, yer üzünü heyrətdə
qoyub.
Yubileyi münasibətilə
həmsöhbət olduğumuz
görkəmli sənətkarımız
ötən illərə
boylananda ancaq qürur hissləri yaşadığını bildirir.
Bu da əbəs
yerə deyil. "Mən bu kamançadan
süzülən ölməz
Azərbaycan musiqilərini
səsləndirərkən dünyanın istənilən
yerində bütün
zaldakı insanlar ayağa qalxıb. Onlar məni ayaq üstə alqışlayıblar. Bu yalnız mənim deyil, bütün Azərbaycanın uğuru
idi". Əslində,
Habil Əliyevin həyat yolu və kamançası ilə birlikdə olan sənət dünyası bir-biri ilə vəhdət təşkil edir.
Habil müəllim
ilk dəfə 9 yaşında əlinə
kamança alıb, Ağdaş rayonunda oxuduğu musiqi məktəbinin səhnəsinə ? tamaşaçılar qarşısına çıxdığı
günü indi də olduğu kimi xatırlayır.
"O vaxt iki il idi ki,
həmin musiqi məktəbində təhsil
alırdım. Həyəcandan
ayaqlarım titrəyirdi.
Musiqi məktəbinin
səhnəsi onda mənim üçün dünyanın ən böyük səhnəsi
idi".
İfasından sonrakı alqışların
səsi bu gün də qulaqlarındadır, xatirələrində
yaşayır. Həmin
alqışlar 9 yaşlı
Habilə inam və güc verdi. Ağdaş musiqi məktəbinin
səhnəsindən başlanan
ilk alqışlar Habilin gələcək uğurlarına yol açdı, işıq saldı. "Həmin çıxışdan sonra
başa düşdüm
ki, mən bu sənəti nə qədər sevirəm və ondan ayrıla bilməyəcəyəm",
Kamançanı özünün tale payı hesab edən Habil müəllimi musiqimizin bugünkü vəziyyəti
narahat edir. Deyir ki, daha
bu barədə sözü qurtarıb:
"Ona görə də, mətbuata, televiziyaya çıxmıram.
Çünki indi səslənənlər mənim
başa düşdüyüm
musiqi deyil. Yaşımın bu vaxtında kiminsə qəlbinə dəymək
istəmirəm. Ancaq görürəm ki, çoxları bu sənəti yalnız çörək ağacı
hesab edir. Sənət xatirinə deyil, çörək qazanmaq xatirinə gəlirlər bu sənətə. Belə olmaz. Sənət xalqa məxsusdur. Onu bu kökə
salmağa heç kimin haqqı yoxdur. Bu, çox
çətin, ağır,
eyni zamanda çox şərəfli
sənətdir. Gərək
bu sənətin peşəkarı olasan, ona bütün həyatınla, canınla
bağlanasan ki, nə sənəti, nə də özünü hörmətsiz
edəsən. Sənət
deyəndə, söhbət
ümumən musiqidən
gedir, təkcə bir alətdən yox".
Kamança ustası
bizimlə söhbətində
onu da bildirdi
ki, milli musiqimizə, muğamlarımıza
heç vaxt indiki kimi diqqət
və qayğı göstərilməyib. "Təbii
ki, bütün bunlar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban Əliyevanın yüksək fəaliyyətinin
nəticəsidir. Məhz
onun misilsiz qayğısı sayəsində,
əsl azərbaycançılıq
qeyrəti ilə göstərdiyi fədakarlıq
nəticəsində dünya
görür ki, muğamın beşiyi, vətəni Azərbaycandır.
Mehriban xanımın apardığı ardıcıl
işlərin nəticəsidir
ki, bu gün
Azərbaycanda YUNESKO-nun
dəstəyi ilə Muğam Mərkəzi tikilir. Bu təkcə
biz sənətkarlara deyil, bütün Azərbaycan xalqına hədiyyədir".
Habil müəllim bu
gün korifey sənətkarlara dövlət
səviyyəsində göstərilən
qayğıdan da razıdır. "Əgər
dövlət öz sənətkarına qiymət
verirsə, bu, bir millətin bu gününün və gələcəyinin
uğurlu olmasını
göstərir. Çünki
əsl sənətkarlar
dövlətin adını
bütün dünyada
ucaldır, xalqın mədəniyyətini, adət-ənənələrini, milli
dəyərlərini tanıdır".
Məhz Habil
kamançasının yaratdığı
möcüzə ilə
bütün dünya gördü ki, bu ecazkar musiqi
aləti-kamança Azərbaycan xalqına məxsus bir musiqi alətidir. O, kamançasının səsi
ilə Azərbaycanın
varlığını bütün
dünyaya tanıtdırdı,
musiqimizi, mədəniyyətimizi
sevdirdi. Milli mədəni sərvətlərimizi,
yeməklərimizi, musiqimizi
zaman-zaman özününküləşdirmək
istəyən nankor ermənilər kamançanı,
nə qədər cəhd göstərsələr
də, mənimsəyə
bilmədilər. Min fitnə-fəsad işlətsələr belə,
buna nail olmadılar. Ən azı ona görə
ki, kamançanın ən gözəl ifaçısı kimi Habil Əliyev bu sahədə Azərbaycanın musiqisini
bütün dünyada
təmsil edib. O, öz kamançası ilə Azərbaycan adından bütün dünyanı gəzib-dolaşıb, bu milləti, bu xalqı əsl azərbaycanlı kimi tanıdıb. "Heç
vaxt kamançanı utandırmamışam. Dünyanın
harasında olursa-olsun,
kamançam alqışların,
sevgilərin şahidi
olub" ? deyir korifey sənətkarımız.
Onu da qeyd edək ki, təxminən altı ay əvvəl
Habil Əliyev səhnə ilə vidalaşıb. Bu, çoxları üçün
gözlənilməz xəbər
olsa da, Habil müəllim deyir ki, sənətdən
vaxtında getmək daha şərəflidir.
"Kamança həyatımın
bir parçası olub . İndi yaşımla əlaqədar
olaraq onu çalarkən əlimin titrəməsindən ehtiyat
edirəm". Bu məqam da Habil
müəllimin sənətə
ehtiramının və
şəxsiyyətinin böyüklüyünü
göstərir. "Arabir
evdə özüm üçün kamançanı
dilləndirirəm. Çünki
kamançadan həmişəlik
ayrılmaq mümkün
deyil".
Bilavasitə dərs
dediyi ifaçıların
olmadığını desə
də, əslində onun davamçıları
az deyil. Böyük sənətdə şöhrət
qazanmağın yolu da məhz buradan
keçir: Əgər
kimlərsə doğrudan
da qarşısına
ciddi məqsəd qoyub bu ağır
və şərəfli
sənətin peşəkarı
olmaq, Azərbaycan adlı məmləkəti
bütün dünyada
ləyaqətlə təmsil etmək istəyirsə, onda mütləq və mütləq korifeylərimizdən,
o cümlədən Habil Əliyevdən öyrənməli, onların
yolunu davam etdirməlidir.
525-ci qəzet.-2007.-9 iyun.-S.24.