Rüstəmli B.

 

“Kamança naləli bir alətdir”

 

Şəfiqə Eyvazova: "Amma bu o demək deyil ki, onu qara günlərdə, göz yaşı içində təbliğ etmək lazımdır"

Milli simli, nəfəsli və zərb musiqi alətlərinin üçüncü respublika müsabiqəsi öz işinə yekun vurub. 100-dən yuxan istedadlı uşağın qatıldığı müsabiqədə yalnız 5 nəfər qalib olub. Münsiflər heyətinin üzvü, tanmmış kaman ustadı, Xalq artisti Şəfiqə Eyvazova ilə söhbətimizə sözügedən müsabiqə ilə başladıq:

- Bildiyiniz kimi, milli simli, nəfəsli və zərb musiqi alətlərinin üçüncü respublika müsabiqəsi iki rayonda keçirildi. Tar, kamança, kanon üzrə müsabiqə Əli Bayramlı şəhərində, nəfəsli və zərb musiqi alətləri üzrə müsabiqə isə Salyan rayonunda baş tutdu.

Müsabiqənin yekunlarına gəlincə, tar üzrə birinci yeri Ağasəlim Abdullayevin tələbəsi tutdu. İkinci yeri tar götürdü. Üçüncü yeri Qazax rayonundan olan saz ifaçısı tutdu. Yerdə qalan iki yerin qaliblərinə isə həvəsləndirici mükafatlar verildi. Onlardan biri Dəvəçi rayonundan, biri isə Bakıdan idi. Qaliblərə diplomları nazirliyin işçisi Fikrət Babayev təqdim etdi. Onların hər birinə əlavə olaraq pul mükafatı da verildi. Bir sözlə, iştirakçılar üçün lazımdırsa, etdik. Şərait yaratdıq ki, istedadlı uşaqlar tanınsın. Məqsədlərimizdən biri istedadlı uşaqların üzə çıxarıb cəmiyyətə təqdim etmək idi. Belə müsabiqələrdən sonra seçilmiş uşaqlar konsertlərə dəvət alırlar. Səhnədən-səhnəyə atılan uşaqlar bir daha açılışır, püxtələşir. Bu mənada, hesab edirəm ki, müəyyən qədər istəyimizə nail olduq.

-  Sizcə, musiqi alətlərinə qarşı maraq artıb, yoxsa...

- Açığmı deyim ki, tar istisna olmaqla,  kamança   kanon aləti üzrə müsabiqəyə az uşaq qatılmışdı. Əlbəttə, bu, narahatedici faktdır. istərdim ki, kamança alətinə qarşı maraq artsın.

-  Deyirsiniz ki, kamança alətinə qarşı maraq azalıb. Bunun səbəbi nədir?

-  Təbliğatın olmaması. Kamança aləti təbliğ olunmur. Ümumiyyətlə, bütün alətlərin təbliği dayanıb. Təbliğat musiqilər, mahnılar üzərində qurulub. Necə ki, musiqi yarışmaları keçirilir, eləcə alətlərin müsabiqələri keçirilməlidir. Təbliğat qədər güclü olarsa, bir o qədər həvəs artacaq.

-  Kamança, tar, qaboy, simli musiqi alətləri son illərdə sanki yas, matəm "libası geyinib". Sizcə, bu, niyə belədir?

-  Əlbəttə, bu yanaşma düzgün deyil. Şəxsən, mən bu yanaşmanın əleyhinəyəm. Doğrudur, kamança naləli bir alətdir. Amma bu o demək deyil ki, onu qara günlərdə, göz yaşı içində təbliğ etmək lazımdır. Kamança niyə ağlamalıdı? Xeyr. Kamança ağlamaq üçün yaranmayıb. Bu musiqi alətində "Orta mahur" kimi klassik bir muğam çalınır. Bilmirəm bunu kim dəbə salıb, kim rəhmətə gedirsə, onun üstündə tar, kaman çaldırırlar. Yaxşı olar ki, buna son qoysunlar.

-  Müsabiqədə zəif uşaqlar da olub. Onların zəif olması ilə əlaqələndirirsiniz?

-  Müəllimlərlə. Dərs davamiyyətləri aşağı səviyyədədir. Demək olar ki, elələri vardı ki, elə bil dərs keçməyib. Bu belə getməz.

-  Yəqin ki, söhbət orta-ixtisas musiqi məktəbindən gedir?

- Əlbəttə. Onların çıxışını izlədikdən sonra bu qənaətə gəlirəm. Demək olar ki, orta-ixtisas musiqi məktəblərində musiqi dərsləri keçən yoxdur. Ya da ki, müəllim savadsızdır.

-  Müsabiqəyə Bakı şəhərindən qatılan yox idi?

-  Demək olar ki, yox. Deyəsən, bilməyiblər. Əgər belə bir müsabiqənin  keçirilməsindən xəbər tutsaydılar, iştirakçıların sayı çox olardı...

 

Reytinq.- 2007.- 3 iyun.- S. 23.