Samirə

 

Dərviş”ləAtəş”in Bakı Çarpazlaşma

 

ya duyğular, anımlar qammasmın dedikləri

 

"ÜNS" yaradıcılıq səhnəsində dünyaşöhrətli Azərbaycan bəstəkarı Firəngiz xanım Əlizadənin yubiley mərasimlərindən biri baş tutdu. Dirijor bəstəkar olan F.Əlizadənin yubileyini dünyanın bir sıra ölkələrində qeyd edəcəklər. Doğum gününün doğma   insanların təbriklərinin əhvalım isə Firəngiz xanım məhz doğma şəhərində yaşadı.

"ÜNS" yaradıcılıq səhnəsindəki mərasimdə Mədəniyyət Turizm naziri Əbülfəz Qarayev yubliyarı təbrik edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəstəkarın "Şöhrət" ordeni ilə təltif edilməsi barədə sərəncamını oxudu. Daha sonra tədbirin aparıcıları Bakı Musiqi Akademiyasının professoru Aidə Hüscynova musiqişünas Natəvan Mustafayeva F.Əlizadənin yaradıcılıq yolu barədə müfəssəl məlumat verdilər. Bu məlumatlar bəstəkarın çoxsaylı konsertlərini əks etdirən video-kadrlarla müşayiət olunurdu.

Maestro isə öz növbəsində onu təbrik etməyə gəlmiş musiqisevərləri bəstələrindən seçmələrlə salamladı. Xüsusi olaraq dəvət edilmiş kvintetin ifasında F.Əlizadənin "Atəş", "Dərviş", "Çarpazlaşma" digər kompozisiyaları səsləndi. Bu əsərlərdə Şərq Qərb duyumunun ifadəsi olan milli mənəvi musiqi sədaları Firəngiz xanımın musiqi yaradıcılığının əsasına çevrilmiş duyğular, anımlar qamması ilə həmahəng idi. Əlbəttə, yubiley təntənəsinin bəzəyi Alim Qasımov idi. Məlumdur ki, bəstəkar "Dərviş" əsərini bu qeyri-adi xanəndəyə həsr edib.

Tədbirin sonunda "ÜNS" yaradıcılıq səhnəsinin rəhbəri Nərgiz Paşayeva çıxış edərək Almaniyada yaşayıb-yaradan pianoçuluq, dirijorluq, bəstəkarlıq özgünlüyü ilə Azərbaycan peşəkar musiqi mədəniyyətini bütün dünyaya tanıdan Firəngiz xanım Əlizadə ilə fəxr etdiyini vurğuladı.

 

Həftə içi.- 2007.- 8 iyun.- S. 8.