Samirə

 

Milli simfonizmin ağır artilleriyası

 

 

İyunun 23- M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarlıq məktəbimizin görkəmli nümayəndələrindən biri Cövdət Hacıyevin 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçiriləcək.
   
   Yubiley konsertinə dirijorluğu isə C.Hacıyevin oğlu, Kanadada yaşayıb-yaradan bəstəkar İsmayıl Hacıyev edəcək.
   Əhməd Cövdət İsmayıl oğlu Hacıyev 18 iyun 1917-ci ildə Şəki şəhərində dünyaya gəlib. "Simfonietta", "Sibirə göndəriş", "Sosialist Azərbaycanı" adlı simfonik poemaların müəllifidir. C.Hacıyevin musiqi ictimai xadim kimi fəaliyyətinin Bakı dövrü filarmoniyanın bədii rəhbəri, Ü.Hacıbəyli adına Dövlət Konservatoriyasının rektoru vəzifələri ilə əlamətdar olub. Gözəl kamera-instrumental, vokal, həmçinin xor üçün əsərlər müəllifi olan C.Hacıyevin yaradıcılığı milli musiqi mədəniyyətimizdə özgün önəmli yerlərdən birini tutur. Bəstəkarın bütövlükdə yaradıcılığı ölkədə musiqi sahəsinin inkişafında əhəmiyyətli rol oynayıb. C.Hacıyevin adını simfonik musiqinin inkişafı, milli simfonizmin təkamülü ilə əlaqələndirirlər. Həqiqətən bu sahədə onun xidmətləri böyükdür. Səməd Vurğunun Süleyman Rəhimov haqqında dediyi "o, ədəbiyyatımızın "ağır artilleriyasıdır"" sözlərini C.Hacıyevə aid etmək olar.
   XX yüzilliyin böyük bəstəkarı İ.Stravinski deyib: "Ənənələrə riayət etmək - onları inkişaf etdirmək deməkdir. Ənənə yaradıcılığın fasiləsizliyini təmin edir".
   Ənənəyə sadiqliyi hər bir bəstəkar özünəməxsus tərzdə qavradığı üçün bu münasibətin t
əzahürü müvafiq olur. Üzeyir bəyin yaratdığı bəstəkarlıq məktəbinin davamçısı, D.Şostakoviçin tələbəsi olan C.Hacıyevin simfoniya yaradıcılığında qəhrəmanlıq mövzusunun təcəssümü epik ifadə tərzi ilə üzvi surətdə bağlıdır. Bununla belə, C.Hacıyevin musiqisinə dramatik gərginlik, nəql edilən hadisələrin intensivliyi dinamikliyi xasdır. Müxtəlif hadisələrdən bəhs edən bəstəkar sanki özü bunların iştirakçısı kimi çıxış edərək, gerçəkliyin nəinki işıqlı, eləcə ağrılı məqamlarına münasibətini bildirir. Bəstəkarın "Altıncı simfoniya" buna parlaq misaldır.
   "Musiqi dünyası" dərgisinin nömrələrindən birində C.Hacıyevin "Altıncı simfoniya" ətraflı təhlil edilib. Simfoniyanın ilk redaksiyası 1970-ci illərin sonuna aiddir. 1990-1992-ci illərdə bəstəkar bir daha bu əsərə müraciət edərək onu xeyli ixtisar edir musiqi materialını yenidən işləyir. Bu, yeni məzmunun açılması ilə bağlı idi - "Altıncı simfoniya" 2-ci redaksiyada "20 Yanvar" adlandırıldı.
   Şostakoviçin simfoniyaları üçün səciyyəvi olan epik düşüncəlilik Hacıyevin simfoniyalarında epik başlanğıcın xüsusi rol oynamasını şərtləndirmişdi. Şübhəsiz, C.Hacıyev musiqisinə muğam da gücl
ü təsir göstərərək onun epikliyini təmin edən şərtlərdən birinə çevrilib. "Altıncı simfoniya" C.Hacıyevin epik-dramatik janra sədaqətini ən bariz şəkildə nümayiş etdirir. Simfoniyanın finalı fəlsəfi, kədərli düşüncənin ifadəsi olaraq müəllifin insan fəlakətinə münasibətini bildirir. C.Hacıyevin "Altıncı simfoniya" xalqımızın böyük faciəsi eyni zamanda qələbəsi - 1990- ilin qanlı Yanvar hadisələrinə münasibətlə, taleyimizin həmin səhifəsinin dərindən dərk edilməsi ilə sıx bağlıdır. Bəstəkarın "Altıncı simfoniya"sının mühüm xüsusiyyətlərindən biri əsərin teatrallığıdır. Yaradıcılığında səhnə əsərlərinə rast gəlinməyən C.Hacıyev (Q.Qarayevlə birlikdə bəstələdiyi "Vətən" operası istisna olmaqla) burada dramaturq kimi çıxış edib. Simfoniyanın 5 fəslini 5 şəkil ya 5 səhnə hesab etmək olar. Dramaturji prinsiplər burada simfonik prinsiplərlə sintez şəklində verilib. Buna görə "Altıncı simfoniya" "simfonik dram" kimi təqdim etmək çox düzgün olar. Bu xüsusiyyətinə görə əsər Şostakoviçin "Səkkizinci simfoniya"sına yaxındır. C.Hacıyev: "Altıncı simfoniya" yaşadığım keçirdiyim hisslər haqqında hekayətdir. Belə mühüm qayənin musiqi təcəssümü üçün simfoniya janrına - bəstəkara özünü ifadə etmək, böyük həyat mövzularını əks etdirmək üçün hüdudsuz imkanlar verən "qəlb etirafı"na müraciətim təsadüfi deyil".
   

Həftə içi.-2007.-20 iyun.-S.8.