Azərbaycan bəstəkarlarının
VIII qurultayı açılmışdır
İyunun 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
Azərbaycan Bəstəkarlar
İttifaqının növbəti
VIII qurultayı açılmışdır.
Qurultay işinə başlamamışdan
əvvəl iştirakçılar
Heydər Əliyev adına Sarayın qarşısındakı parka
gələrək, müstəqil
Azərbaycan dövlətinin
memarı və qurucusu, ulu öndər
Heydər Əliyevin xatirəsini ehtiramla anmış, abidəsi önünə əklil və təzə tər güllər qoymuşlar.
Qurultay iştirakçıları Fəxri
xiyabanda Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Niyazi, Vasif Adıgözəlov və digər görkəmli bəstəkarların
məzarlarını ziyarət
etmiş, dahi bəstəkar Üzeyir Hacıbəyovun Bakı Musiqi Akademiyasının qarşısındakı abidəsinin
önünə
güllər düzmüşlər.
Azərbaycan Bəstəkarlar İttifaqının birinci
katibi, professor Ramiz Zöhrabov qurultayın gündəliyi,
Azərbaycan bəstəkarlarının
son 10 ildə yazılmış yeni əsərlərinin ifa edilməsi, qurultayın davam edəcəyi günlərdə paytaxtın
müxtəlif salonlarında
keçiriləcək konsert
proqramları haqqında məlumat vermiş, qurultaya Türkiyə, Ukrayna, Gürcüstan, Özbəkistan,
Tacikistan və digər ölkələrdən
gəlmiş qonaqları
təqdim etmişdir.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev iştirakçıları salamlayaraq
bugünkü tədbirin
Azərbaycanın müstəqilliyi
dövründə Bəstəkarlar
İttifaqının ilk
qurultayı olduğunu
nəzərə çarpdırmışdır.
Natiq bildirmişdir ki, sonuncu qurultaydan
17 il ötmüşdür.
Ə.Qarayev
Azərbaycan Bəstəkarlar
İttifaqının yaranma
tarixini xatırladaraq demişdir ki, bu yaradıcılıq təşkilatı 1934-cü ildə
SSRİ Bəstəkarlar İttifaqının
respublika şöbəsi
kimi fəaliyyətə
başlamışdır.
Ötən dövrdə
bu təşkilat peşəkar bəstəkarlar
və musiqişünasların
yaradıcılığının
formalaşmasında mühüm
rol oynamışdır.
Bu ittifaqa Azərbaycanın görkəmli
bəstəkarları rəhbərlik
etmişlər. Bu gün Bəstəkarlar İttifaqı Azərbaycanda
ən nüfuzlu təşkilatlardan biridir.
Bu nüfuzu yüksəltmək
üçün qarşıda
çox mühüm vəzifələr durur. İndi əsas vəzifə Azərbaycan musiqisini beynəlxalq miqyasda tanıtmaq, onu dünya səhnələrində səsləndirmək
və zəngin mədəniyyətimizi təbliğ
etməkdir.
Müasir Azərbaycan musiqi
mədəniyyətinin çox
zəngin bir bəstəkarlıq məktəbi
üzərində qurulduğunu
vurğulayan Ə.Qarayev qeyd etmişdir
ki, ulu öndərimiz
Heydər Əliyev bəstəkarlara və musiqiçilərə daim
diqqət və qayğı göstərirdi.
Yeniləşən Azərbaycanda
bu qayğını Prezident İlham Əliyev uğurla davam etdirir.
Natiq Prezident İlham Əliyevin adından qurultay iştirakçılarını təbrik etmiş, onun işinə uğurlar arzulamış,
Azərbaycan bəstəkarlarının
qurultayına gəlmiş
xarici qonaqlara minnətdarlığını bildirmişdir.
Sonra qurultayın proqramına uyğun olaraq görkəmli bəstəkarların
əsərləri səslənmişdir.
İki hissədən
ibarət simfonik konsertdə Üzeyir Hacıbəyovun "Koroğlu"
operasından uvertüra,
Arif Məlikovun və Firəngiz Əlizadənin ümummilli
liderimiz Heydər Əliyevə həsr etdikləri 8 nömrəli Simfoniya, "İthaf", Aqşin Əlizadənin xor və simfonik orkestr üçün
"Ana torpaq", Musa Mirzəyevin "Doğma Azərbaycan" oratoriyası, Tofiq Bakıxanov, Oqtay Zülfüqarov, Azər Dadaşov, Rauf Əliyev və Vasif Allahverdiyevin əsərləri səslənmişdir.
Bu əsərləri Üzeyir
Hacıbəyov adına
Azərbaycan Dövlər
Simfonik Orkestri (bədii rəhbər və baş dirijor, xalq artisti,
professor Rauf Abdullayev), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor, xalq artisti, professor
Gülbacı İmanova),
solistlər - xalq artisti, professor Ramiz Quliyev (tar), vokalçıların Bülbül
adına Beynəlxalq Müsabiqəsi laureatı
Fəridə Məmmədova
(vokal), Səbinə Əsədova (vokal), Babək Niftəliyev (xanəndə), Əminə
Zülfüqarova (fleyta)
ifa etmişlər.
Azərbaycan bəstəkarlarının
VIII qurultayı öz
işini davam etdirir.
Azərbaycan.-2007.-12
iyun.-S.7.