Azərbaycan bəstəkarlarının VIII qurultayı keçirilmişdir

 

İyunun 20-də Muzey Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayı keçirilmişdir.
Hesabat məruzəsilə idarə heyətinin birinci katibi, professor Ramiz Zöhrabov çıxış etmişdir.
Təftiş komissiyasının üzvü Faiq Nağıyevin məruzəsi dinlənilmişdir.
Qurultayda qeyd edilmişdir ki, 1990-2007-ci illəri əhatə edən hesabat dövründə bəstəkar musiqişünaslarımız öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirmiş, yeni əsərlərlə milli bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirmişlər.
Bildirilmişdir ki, ulu öndərimiz Heydər Əliyev 1993-2003-cü illərdə müstəqil Azərbaycana rəhbərliyi dövründə bəstəkarlarla, musiqiçilərlə daim yaxından ünsiyyətdə olmuş, onların yaradıcılığına hərtərəfli kömək mənəvi dəstək göstərmişdir.
Bu yüksək qayğı hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Məruzə ətrafında çıxışlarda xalq artistləri Arif Məlikov, Ramiz Mustafayev, Nəriman Məmmədov, Musa Mirzəyev, Tofiq Bakıxanov digər bəstəkarlar, musiqişünaslar hesabat dövründə ittifaqın fəaliyyəti, yaşlı, orta gənc nəsil bəstəkarlarının yaradıcılığından söz açmış, kəskin diskussiya zamanı qurultayın nümayəndələri diqqəti Azərbaycanın müasir musiqi mədəniyyətinin vəziyyətinə dair əsas problemlərə yönəltmişlər. Təşkilati məsələlərin həllinə, musiqi mədəniyyəti sahəsində problemlərə xüsusi diqqət yetirilmişdir.
Mədəniyyət turizm naziri Əbülfəs Qarayev qaldırılan məsələlərə münasibət bildirmiş, yeni seçiləcək idarə heyətinə uğurlar arzulamışdır.
Azərbaycan Prezidenti İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə çıxışında dövlətin yaradıcılıq təşkilatlarına, Bəstəkarlar İttifaqına göstərdiyi qayğı, verdiyi dəstək, bəstəkarların yaradıcılıq şəraitinin yaxşılaşdırılması, klassik musiqi irsinin təbliği, gənc nəslin bu irsə yiyələnməsi, Bəstəkarlar İttifaqında yaradıcı mühitin formalaşması, yeni üslubu, bəstəkarların əsərlərinin nəşri, elektron daşıyıcılar vasitəsilə yayılmasının əhəmiyyəti qarşıda duran digər vəzifələrdən danışmışdır.
Azərbaycan Bəstəkarlar İttifaqının Nizamnaməsində bəzi dəyişikliklər edilmişdir.
Yeni Nizamnaməyə əsasən qurultay alternativ, gizli səsvermə yolu ilə respublikanın xalq artisti, professor Firəngiz Əlizadəni Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçmişdir.
İttifaqın idarə heyətinin, təftiş komissiyasının yeni tərkibi seçilmişdir.

 

Azərbaycan.-2007.-22 iyun.-S.3.