Əhməd Yürər: "Azərbaycan bəstəkarlarının musiqilərinin Türkiyədə anonim kimi ifa olunması qanunsuzdur"

 

"Azərbaycan bəstəkarlarına məxsus olan musiqilərin anonim yazılaraq Türkiyə sənətçiləri tərəfindən ifa olunması qanunsuzluqdur. Bu məsələni həll etmək lazımdır yə bunun üçün mən əlimdən gələni edə bilərəm". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Bəstəkarlar İttifaqının VIII qurultayında iştirak etmək üçün Bakıya səfər edən türkiyəli bəstəkar Əhməd Yürer deyib. Bəstəkar bildirib ki, bu ciir halların qarşısını almaq üçün Azərbaycan bəstəkarları müvafiq yerlərə müraciət etməlidir: "Bu məsələnin həlli bəstəkarların özündən asılıdır. Bunun üçün onlar hərəkət etməlidirlər. Onlar mənə də müraciət edə bilərlər". Qonaq səfər zamanı bir çox Azərbaycan bəstəkarları ilə görüşdüyünü də deyib. Bu gün Türkiyənin bir çox musiqi ocaqlarında bəstəkarlarımızın müəllim kimi iəaliyyət göstərdiklərini deyən Ə. Yürer onların müəllimlik fəaliyyətindən razılığını dilə gətirib: "Ancaq onlardan bir bəstəkar kimi istifadə edə bilmirik. Bunun səbəbi isə onların görüşlərinin başqa cür olmasıdır. Çox istərdim ki, Azərbaycanla Türkiyənin mədəni əlaqələri, xüsusilə musiqi eyniliyi yaransın. Bu musiqiləri birləşdirmək lazımdır. Bunun üçün birgə festivallar, musiqi layihələri həyata keçirilməlidir".

Türkiyədə Bəstəkarlar İttifaqının fəaliyyət göstərmədiyini vurğulayan Ə. Yürer Azərbaycanda belə bir qurumun hələ olması bəstəkarlaca xüsusi önəm verilməsinə sevindiyini deyib.

 

Palitra.- 2007.- 15 iyun.- S. 7.