Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının
sədri seçilib
120
qurultay iştirakçısının
seçimi ilə 21 nəfərlik İdarə
Heyəti müəyyənləşib
Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri postuna seçkilər başa çatıb. APA-nın məlumatına görə,
sədr postuna üç nəfərin
- Arif Məlikov, Firəngiz Əlizadə və Sərdar Fərəcovun namizədliyi
irəli sürülüb.
Daha çox səs toplayan Firəngiz Əlizadə Bəstəkarlar İttifaqının
sədri seçilib. Bundan başqa 120 qurultay iştirakçısının
seçimi ilə 21 nəfərlik İdarə
Heyəti müəyyənləşib.
İdarə Heyətində
Arif Məlikov, Xəyyam Mirzəzadə, Aqşin Əlizadə,
Eldar Mansurov, Oqtay Zülfüqarov, Ramiz Zöhrabov, Lalə Hüseynova, Sevda İbrahimova, Rəna Məmmədova, Zemfira Səfərova, Zemfira Qafarova, Gülnaz Abdullayev, Azər Dadaşov, Aydın Əzimov, Rəhilə Həsənova,
Arzu Məmmədova, Rauf Əliyev, Sərdar Fərəcov, Elnarə Dadaşova və Ramiz Mirzəyev təmsil olunublar. Sabah Bəstəkarlar İttifaqının İdarə
Heyəti qurumun katibliyini seçəcək.
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqı
1934-cü ildən SSRİ Bəstəkarlar
İttifaqının respublika
şöbəsi kimi fəaliyyətə başlayıb.
Bu müddət ərzində ittifaqın
7 qurultayı keçirilib
və quruma Üzeyir Hacıbəyov, Qara Qarayev, Səid
Rüstəmov, Sultan Hacıbəyov, Rauf Hacıyev, Aqşin Əlizadə, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi bəstəkarlar rəhbərlik
edib.
Yeni Azərbaycan.-2007.-22 iyun.-S.8.