Litvanın mədəniyyət naziri Yonas Yuças
Bakıda səfərdədir
Ümummilli lider
Heydər Əliyevin xatirəsinə ehtiram və
şəhərlə tanışlıq
Ölkəmizdə səfərdə olan Litvanın
mədəniyyət naziri Yonas Yuças iyunun 8-də
Heydər Əliyev adına Sarayın
qarşısındakı parka gələrək,
müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, ulu öndər Heydər Əliyevin abidəsi
önünə tər güllər düzmüşdür.
Nazir bildirmişdir ki,
səfərindən məqsəd
Bakıda keçirilən
Beynəlxalq caz festivalında iştirak etmək və Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevlə ölkələrimiz
arasında mədəniyyət
sahəsində ikitərəfli
əlaqələrin inkişafı
ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Litvalı qonaq demişdir: Azərbaycan ilə Litva arasında, xüsusilə
mədəniyyət sahəsində
həmişə yaxşı
əlaqələr mövcud
olmuşdur. Amma mən bu xoş
münasibətlərin daha
da dərinləşməsini
arzu edərdim. Qonağı müşayiət
edən mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
səfər çərçivəsində
Litvanın kitabxana, muzey və teatrları
ilə əməkdaşlıq
barədə müzakirələr
aparılacağını bildirmişdir.
Sonra Litvanın mədəniyyət naziri muzey mərkəzinə gəlmişdir. Yonas Yuças Lətif Kərimov adına Azərbaycan xalçası
və xalq tətbiqi sənəti Dövlət muzeyinin ekspozisiyalarına maraqla tamaşa etmişdir. Hörmətli qonağa muzey barədə məlumat verilmiş, bildirilmişdir ki, burada Azərbaycan xalçaçılıq sənətinin
XVII-XX əsrlərə aid
minədək nümunəsi
qorunub saxlanılır.
Qonaq xalçaçı
qızların iş prosesi ilə əyani tanış olmuş, muzeydə nadir, zəngin el sənəti nümunələri ilə
tanışlığın onda xoş təəssürat
doğurduğunu bildirmişdir.
Litvanın mədəniyyət
naziri muzeyin Xatirə kitabına ürək sözlərini
yazmışdır. Qonağa
xatirə hədiyyələri
təqdim olunmuşdur.
Gəzinti İçərişəhərdə
Karvansara və Qız qalası ilə tanışlıqla
davam etmişdir. Burada “Qız Qalası” rəsm qalereyasına baş çəkən qonaq, Şirvanşahlar sarayı
kompleksində də olmuşdur.
Xalq qəzeti.-2007.-9 iyun.-S.4.