Ayxan

 

Caz bütün rənglərilə Bakıda

 

Bakı Beynəlxalq Caz Festivalı başa çatdı

 

Ötən həftə həm Bakı Beynəlxalq Caz Festivalı ilə yadda qaldı. Sayca üçüncü olan festival ənənəvi olaraq, iyunda cazsevərlərin pişvazına çıxdı. Builki festivalın əvvəlki iki festivaldan bir neçə fərqli cəhətləri vardı. Birincisi, festivalın prodüseri saksafonçu Rain Sultanov pianoçu Emil İbrahimlə əvəzlənmişdi. Bakı Caz Mərkəzinin eks baş direktoru Rain Sultanov onun təşkilatçılığı olmadan bu il caz festivalının çox aşağı səviyyədə düzənlənəcəyini desə , proqnozu yanlış çıxdı. Festival baş tutdu, özü sürprizilə.
Budəfəki caz festivalının paytaxt əhlinə hazırladığı festivala bir-iki g
ün qalmış açıqladığı hədiyyənin adı Əzizə Mustafazadə idi. Milli cazın banisi Vaqif Mustafazadənin yadigarı, uzun illərdir Avropada yaşayan Bakıda görünməyən Əzizə, nəhayət ki, həmvətənlərini gəlişi ilə şərəfləndirdi. Festivalın ikinci günündə Opera Balet Teatrının səhnəsində solokonsertlə çıxış edən musiqiçi jurnalistlər üçün mətbuat konfransı da keçirtdi. Konfransda pianoçu-vokalist hamının düşündüyü kimi Azərbaycanı birdəfəlik tərk etmədiyini sonuncu dəfə Bakıda ötən ilin dekabrında olduğunu dedi. Muğamı ana dili sayan "caz kraliçası" Bakını bizləri çox sevdiyini bildirsə , həyatda, sənətdə nəyəsə nail olmaq üçün bir yerdə oturmayıb hərəkət etməyin, əziyyət çəkməyin, istədiyinə çatmağın vacibliyini vurğuladı. deyirik ki? Biz Avropanı fəth edən sənətçimizin uğurlarına sevinirik. İstədiymiz yalnız onu yerli səhnəmizdə daha tez-tez görməkdir ümid edirik ki, bundan sonra belə olacaq.
Bu il Bakı Caz Festivalında əcnəbi qonaqların sayı da ötənilkindən çox idi. Təşkilatçılar caz bayramına on bir xarici kollektiv dəvət etmişdilər. Onların sırasında Rusiyanın əməkdar artisti Aleksandr Oseyçukun rəhbərlik etdiyi kvartet, Avropada Polşa caz məktəbinin ən güclü təmsilçilərindən biri, sket-vokalist Qjeqoj Karnas, ABŞ-dan "ZJAZZ" kvarteti (həmyerlimiz, dahi bəstəkar Qara Qarayevin nəvəsi, klarnet ifaçısı Zülfiqar Bağırovun rəhbərliyilə) "Orient Xpress" qrupu, türkiyəli gitaraçı Yavuz Akyazıçının rəhbərliyilə Nyu-Yorkun "Volcano" kvarteti, Macarıstandan "Djabe" fyujan-qrupu, Moskvanın "MosGorTrio" kollektivi, ABŞ-dan saksofonçu Mark Törner, Fransadan öz kvarteti ilə gəlmiş saksofonçu vokalist xanım Kler Mişel, tanınmış zərbçi perkussiya ifaçısı Billi Kobem, daha bir təbilçi Mayls Devis, Hollandiyadan təşrif buyurmuş caz vokalisti Deniz Canna var idi. Yerli cazmenlərdən isə siyahıda yalnız pianoçu Emil İbrahim, Şahin Növrəsli, Emil Məmmədov Sevda Ələkbərzadənin adı vardı. Paytaxtda tanınan bəzi məşhur caz qrupları ifaçılar isə nədənsə festivala qoşulmamışdılar. Açılışda çıxış etməli olan Cavan Zeynallı isə son məqamda səhnəyə çıxmaqdan imtina etmişdi. Musiqiçini onun çıxışına ayrılan vaxtın beş dəqiqədən ibarət olması qane etməmişdi. Tamaşaçılara gəlincə isə, festivalın bu tərəfdən qıtlığı yox idi. Caz hər yerdə məhdud tamaşaçı auditoriyasını əhatə etsə , Bakı həmişə caz dinləyicilərinin çoxluğu ilə fərqlənib. Amma budəfəki festival tamaşaçıları yetərincə gözlətməyilə fərqləndi. Festival çərçivəsindəki bütün konsertlər azı yarım, çoxu isə bir saat gecikirdi. Tamaşaçılar bəzən səbrini basıb gözləyir, bəzən isə alqışları ilə musiqiçiləri boş səhnəyə dəvət edirdilər. Buna baxmayaraq, tamaşaçılar bütün çıxışları layiqincə qiymətləndirirdilər. Caz həvəskarlarının marağına səbəb olan konsertlərdən biri Şahin Növrəslinin öz qrupu ilə çıxışı oldu. Adətən triosu ilə səhnədə görünən Şahin bu dəfə musiqiçilərin sayını artıraraq, daha geniş proqramla tamaşaçıların qarşısına çıxdı. Kontrabsda onu amerikalı ifaçı Neyton Pek, zərb alətlərində rusiyalı ifaçı Saşa Maşin, perkussionda Tofiq Cabbarov müşayiət edirdilər. Bu nömrədə Növrəsli iki qardaşı - tarda Aslan Növrəsli, kamançada Nurlan Növrəsli ilə səhnəni bölüşdü. Caz, muğam, klassikanı bir araya gətirən kompozisiyanın əvvəli təhlükədən xəbər verir, təşviş, təlaş gətirirdi. Nurlan Növrəslinin ustalıqla ifa etdiyi kamançadan çıxan səslər isə yaralanmış heyvanın harayını, iniltisini xatırladırdı. Daha sonra "eşidilən" karvanın ahəstə gedişi gərginliklə əvəz olunurdu. Musiqi əsərində hər bir musiqiçi öz solo-ifasını etdi. Zərb alətləri arxasında oturan Saşa Maşin isə öz virtuoz çıxışı ilə tamaşaçıları heyran qoydu. Bir gün sonra baş tutan hollandiyalı caz vokalisti Deniz Cannanın konserti isə şən ab-havası ilə yadda qaldı. Gursəsli, qaradərili bu ifaçı tamaşaçılara zarafatları sevgilərini Azərbaycan dilində çatdırması ilə ələ aldı.
Yeddi gün davam edən festivalın konsertləri Opera Balet Teatrı, Bakı Caz Mərkəzi, Filarmoniya
Yaşıl Teatrın səhnəsində baş tuturdu. Caz bayramının təşkilatçıları isə Mədəniyyət Turizm Nazirliyi, Gənclər İdman Nazirliyi, Mədəniyyətin Dostları Fondu Bakı Caz Mərkəzi idi.

 

Xəzər.- 2007.- 15 iyun.- S.19.