Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Bakı Caz Festivalında iştirak edən məşhur azərbaycanlı pianoçu, bəstəkar caz ifaçısı Əzizə Mustafazadəni anası, tanınmış musiqiçi Elza Mustafazadəni qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 14- Prezident sarayında Beynəlxalq Bakı Caz Festivalında iştirak edən məşhur azərbaycanlı pianoçu, bəstəkar caz ifaçısı Əzizə Mustafazadəni anası, tanınmış musiqiçi Elza Mustafazadəni qəbul etmişdir.
Dövlətimizin başçısı Beynəlxalq Bakı Caz Festivalının Azərbaycanın mədəni həyatında əhəmiyyətini vurğuladı. Respublikamızın hüdudlarından kənarda Azərbaycan mədəniyyətini layiqincə təmsil edən Əzizə Mustafazadənin ölkəmizlə bundan sonra da mütəmadi əlaqə saxlayacağına əminliyini ifadə etdi.
Sənətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edən Əzizə Mustafazadə əldə etdiyi nailiyyətlərdə dövlətimizin başçısının qayğısını daim hiss etdiyini bildirdi.


Azərbaycan.-2007.-15 iyun.-S.3.