“LJAZZ” qrupu Filarmoniyada çıxış etmişdir

 

İyunun 9-da soydaşımız, tanınmış bəstəkar Zakir Bağırovun nəvəsi Zülfüqar Bağırovun başçılıq etdiyi ABŞ "ZJAZZ" kvartetinin (Cenelli Gil-fortepiano, Gevin Fallou-bas, Marti Morrison-zərb) konserti olmuşdur. Bakılılar dünyanın ən mötəbər caz təhsil müəssisələrindən biri olan Berkli Caz Kollecinin məzunlarının ifasından həzz aldılar.

Z.Bağırov 1973-cü ildə Bakıda doğulmuşdur. O, 5 yaşından skripkaya maraq göstərmiş, 7 ildən sonra isə onu klarnetlə əvəz etmişdir. İstanbul Dövlət Universitetinin Konservatoriyasında təhsil alarkən Zülfüqar cazla maraqlanmışdır.

Konservatoriyada təhsilini başa çatdırdıqdan sonra Zülfüqar Bostondakı Berkli Musiqi Kollecinə daxil olmuşdur. Ona Bill Pirs, Harri Skoler, Corc Qarzone və Cim Odqren kimi müəllimlər dərs demişlər. Berklidə təhsil aldığı dövrdə o, Co Viola adına təqaüdə layiq görülmüş, "THE NEVVBURRY DUO" dueti ilə EXPO-2001-də konsert vermək hüququ uğrunda müsabiqədə qalib gəlmişdir.

2003-cü ilin mayında kolleci bitirdikdən sonra Zülfüqar Vaşinqtona gəlmiş, burada bir neçə kompakt disk yazdırmışdır.

Konsertdə xarici bəstəkarların, habelə Zülfüqar Bağırovun öz əsərləri səslənmişdir. Onun "Hindistan" əsəri Zakir Bağırova həsr olunmuşdur.

 

Pespublika.- 2007.- 10 iyun.- S. 7.