İsrailli zərb ustası
Bakının qonağıdır
“Azərbaycan musiqisini, muğamı, xüsusilə
də Alim Qasımovun sənətini
çox bəyənirəm.
Onunla bir yerdə çalışmışıq.
Amma yenə də birgə layihədə çalışmaq
istərdim. Azərbaycan
və Türkiyə köklü ölkə olduğundan musiqi tarixi də qədimdir. İsrail isə gənc ölkədir. İsraildə
digər ölkələrdən
gəlmələr çox
olduğu üçün
onun musiqisində yetərincə dəyişiklik,
müxtəliflik var”.
Bu sözləri Bakıda turnedə olan bəstəkar və zərb ustası Yinon Müallem söyləyib. Azərbaycan və İsrail diplomatik əlaqələrinin 15-ci ili
münasibətilə Dövlət
Filarmoniyasında konsert
verən ifaçı
proqrama İsrail səfirliyi tərəfindən
hələ 3-4 ay bundan öncə dəvət aldıqlarını
və Bakıda olduğundan məmnunluq hissi keçirdiyini bildirib.
Yinon Müallem 1968-ci ildə İsraildə anadan olub. 1949-cu ildə valideynləri İraqdan İsrailə köçüb.
Atası hüquqşünas
olsa da, musiqiyə daha çox meyl edir. Musiqiyə olan istək isə Yinona elə atasından keçir. Yaradıcılığına latın zərb
alətləri ilə
başlasa da, sonralar Şərq musiqisinə üstünlük
verib. İfa etdiyi darbuka, dəf, kanrıja, gatham kimi bir
çox çalğı
alətlərində özünə
sərbəst, azad bir musiqi janrı
seçir. 1998-ci ildə
isə ud ifa etmək eşqinə düşən
Yinon Türkiyənin
tanınmış ud ustası Yurdal Tokcan ilə birgə çalışmaq
üçün İstanbula
üz tutur. Və o alətin
də sirlərinə,
zəngin aləminə
bələd olur. Yunanıstandan Ross Daily, Türkiyə və ABŞ-dan Ömər Faruk, Azərbaycandan Alim Qasımov, Hindistandan Subaş Çhandran və Ganeş Kumar, İsraildən Elya Sela kimi sənətkarlarla çalışan Yinon musiqilərini yalnız bir janra sığdıra
bilmir. Bir üslub onun üçün yetərli
deyil. O, Yaponiya, Türkiyə, İspaniya,
ABŞ, Belçika, İngiltərə,
Fransa kimi ölkələrdə müxtəlif
festival və konsertlərdə iştirak
edib. İlk albomu Changing Moments 2003, ikinci
albomu Klezmer for the
Sultan 2005-ci ildə işıq
üzü görüb.
Hazırda yaradıcılığını
Türkiyədə davam
etdirir. 2005-ci ildə isə Yinon Müallem Ansamblını yaradır.
Qrup üzvləri fərqli janrda yetərincə usta olan musiqiçilərdən
ibarətdir.
Yeni Azərbaycan.-2007.-22 iyun.-S.8.