Hidayətqızı S.
Azərbaycan Teatr Xadimləri İttifaqı
Milli teatrımız
təşəkkül tapandan (10 mart 1873) 15 il sonra
maarifçi ziyalılar Həbib bəy Mahmudbəyov və
Sultan Məcid Qənizadənin başçılığı
ilə qabaqcıl teatr xadimlərinin birliyini yaratmaq
cəhdində olublar. Bu arzu 1897-ci ildə reallaşıb.
İlk dəfə olaraq Bakıda Artistlər İttifaqı
təşkil edilib və burada 300-dək artist və səhnə həvəskarı çalışmışdır.
Bu təşkilata Azərbaycan səhnə ustaları ilə bərabər o zamanlar Bakıda fəaliyyət göstərən
əcnəbi aktyorlar da üzv olmuşdular.
1900-cü ildən Artistlər
İttifaqının fəaliyyəti
bir qədər zəifləyib. Bir il sonra Şuşadan
Bakıya gələn
Ədbürrəhim bəy
Haqverdiyev həmin ittifaqın bazasından Müsəlman Artistləri
Cəmiyyəti yaradıb.
Bu cəmiyyətə üzv
olan aktyorlar ildə cüzi üzvlük haqqı veriblər və əvəzində cəmiyyət
onların bir sıra hüquqlarını
qoruyub, ehtiyacı olanlara yardımlar edib. 1906-cı ildə Bakıda "Nicat" Mədəni-Maarif Cəmiyyəti yaranıb və bu qurum Müsəlman
Artistlər Cəmiyyətinin
işini öz üzərinə götürərək davam
etdirib. Cəmiyyətin
nəzdində teatr truppası və teatr işləri bölünüb təşkil
olunub. Həmin bölüm Artistlər İttifaqının funksiyasını
öz üzərinə
götürərək onu
həyata keçirib.
Səhnə fəaliyyətinin
nizamnaməsini çap
edib. 1912-ci ildə
"Səfa" və
1916-cı ildən
"Zülfüqar bəy
və Üzeyir bəy Hacıbəyov qardaşlarının" müdiriyyəti
yaradılıb. Bu truppalar "Nicat"dakı teatr bölümünün nizamnaməsinə
yeni əlavələr
ediblər. Üzvlük
haqları dəyişdirilib.
Hətta məşhur
sənətkarlara maaşlar
verilib. 1917-ci ildə Abbas Mirzə Şərifzadə bütün
qabaqcıl səhnə
xadimlərinin səsvermə
çoxluğu ilə
Müsəlman Artistləri
İttifaqını yaradıb.
1920-ci ildə bu ittifaqın fəaliyyəti
Birləşmiş Dövlətlər
Teatrında (bugünkü
Akademik Milli Dram Teatrı) davam etdirildi. Bu qurumun xətti ilə Naxçıvan, Gəncə, Ağdam, Lənkəran, Şuşa,
Zaqatala, Şəmkir,
Qazax, Quba, Şamaxı, Füzuli, Ağdaş, Bərdə və başqa dövlət teatrlarında
maddi və yaradıcılıq yardımları,
müxtəlif himayədarlıqlar
edilmişdir. 1948-ci ildən
bu qurum müstəqil fəaliyyətə keçərək
Azərbaycan Teatr Cəmiyyəti adlandırılıb.
Onun ilk sədri SSRİ xalq artisti, məşhur opera müğənnisi Şövkət xanım Məmmədova olub. Müxtəlif illərdə cəmiyyətə
Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli,
Lütfiyar İmanov rəhbərlik etmişlər.
1987-ci ildə cəmiyyətin
konfransında qurumu Azərbaycan Teatr Xadimləri İttifaqı
adlandırmaq qərara
alınmışdır. İttifaqın
ilk prezidenti Həsən Turabov olmuşdur. İctimai yaradıcılıq təşkilatı
olan ittifaq özünü maliyyələşdirən
qurumdur. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının
sədri Azərpaşa
Nemətovdur. İttifaqın
110 yaşı tamam olur. Həm aktyorların, səhnə
fədailərinin, həm
də teatr həvəskarlarının çox
sevdiyi və tez-tez bir yerə
toplaşaraq gözəl
tədbirlərin keçirildiyi
bu ünvanın ürəkaçan işləri
çoxdur.
Azərbaycan.- 2007.- 15 iyun.- S. 12.