Xatun
Aktyorlarımız
Rusiyanın Yay Teatr Məktəbində
Gənc
Tamaşaçılar Teatrının iki nümayəndəsi
Rusiyanın layihəsinə qoşulub
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin
himayədarlığı, habelə Rusiya Federasiyası Xarici
İşlər Nazirliyinin, Teatr Xadimləri
İttifaqının və Moskva Vilayəti
Mədəniyyət Nazirliyinin dəstəyı ilə
yaradılmış "Xarici ölkələrdə
fəaliyyət göstərən
rus teatrlarına kömək mərkəzi" iyunun 3-dən 24-dək Rusiya
Federasiyasının Serpuxovo şəhərində
Beynəlxalq Yay Teatr Məktəbində layihə
gerçəkləşdirir.
Layihədə MDB və
Baltikyanı ölkələrdə fəaliyyət
göstərən rus teatrlarının gənc və
peşəkar aktyorları təşkilatçılar
tərəfindən tərtib edilmiş xüsusi proqramlar
üzrə aktyor sənətinin bütün sahələrini
əhatə edən məşğələlər
keçməklə bərabər, tanınmış Rusiya
teatr xadimlərinin apardığı ustad dərslərdə
iştirak edəcək və tədris müddəti
ərzində hər axşam ayrı-ayrı
ölkələrin teatr aktyorlarının
mono-tamaşalarına ictimai baxış olacaq.
Ölkəmizdə cari
ilin "Gənclər ili" elan edildiyini nəzərə
alan Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının direktoru əməkdar artist Mübariz
Həmidovun Rusiya Federasiyası Teatr Xadimləri
İttifäqı və Rusiyanın Azərbaycandakı
səfırliyi ilə apardığı danışıqlar
nəticəsində teatrın rus bölməsinin iki aktyoru -
Yelena Şetinkina və Ramil Əzimov sözügedən
layihədə iştirak etmək üçün bu il iyunun 1
-də Moskvaya yola düşüblər.
M.Həmidovun
məlumatına görə, gənc aktyorlar 23 gün
ərzində ustad dərslərində və məşğələlərdə
iştirak etməklə bərabər, xüsusi olaraq bu
layihə üçün teatrda hazırlanmış Q.Qorinin "Gülümsəyin
cənablar" monotamaşasını da digər ölkə
teatrlarının nümayəndələrinə təqdim
eəcəklər. Tamaşanın dəyərləri unudub
var-dövlət həvəsinə
ifaçıları tənqid etməklə
bərabər bəşəriyyəti mənəvi
salığa insanları isə bir-birinin qədrini
bilməyə səsləyir.
Ayna.- 2007.- 5 iyun.- S. 8.