Xəlilzadə F.
Görkəmli teatrşünas-alim, mədəniyyət xadimi Ədalət Vəliyev Azərbaycan milli teatrı prosesi ilə bağlı maraqlı kitabların müəllifidir. Ötən
illərdə onun
"Azərbaycan milli
teatr prosesinin çağdaş təşkilatlanma
problemləri" və
"Teatr sənətimiz:
dünən, bu gün, sabahE" adlı kitabları işıq üzü görmüşdür.
Hər iki monoqrafiya mütəxəssislər tərəfindən
maraqla qarşılanmış,
ölkəmizin aparıcı
mətbuat orqanlarında
müəllifin teatrın
problemlərinə həsr
edilmiş kitabları
barədə müxtəlif
rəylər və məqalələr dərc
edilmişdir.
Bu rəy və məqalələrdə
təkcə Ədalət
Vəliyevin kitablarından
söz açılmayıb,
həm də yeni zamanın səhnəsini şərtləndirən
məqamlar, maraqlı
fikirlər öz əksini tapmışdır.
Teatra yeni baxış bucağının
formalaşdığı bir
zamanda bu məqalələrin, rəylərin
bir yerə toplanaraq kitab şəklində işıq
üzü görməsi
təqdirəlayiqdir. Bu
həm də teatra, səhnəyə zövqlü tamaşa münasibətidir.
"Yeni təməl"
adlanan bu maraqlı kitabda 48 rəy toplanmışdır.
Kitaba sənətşünaslıq
doktoru, professor Məryəm Əlizadə
ön söz yazmışdır. O göstərir
ki, teatrın ən müxtəlif problemlərinə həsr
olunmuş bu məqalələrdə milli
teatr prosesinin problemləri kompleks şəkildə araşdırılaraq
çağdaş teatrın
mənzərəsi yaradılıb.
Təqdirəlayiq haldır ki,
Ədalət Vəliyev
apardığı axtarışlarda
milli teatrşünaslıq
elminin müxtəlif sahələrinə həsr
olunan elmi-tədqiqat əsərlərinin
böyük əksəriyyətindən
fərqli olaraq zəngin təcrübi biliklərə söykənən,
ciddi elmi təhlil apararaq axıcı bir dillə oxucunu cəlb edə bilib. Bu səbəbdən də teatra həsr olunmuş hər iki kitabda
bu sənətə səngiməz bir məhəbbət duyulur. Aparılan tədqiqatların
elmi dəyəri ilə bərabər hər yazının, mühakimənin daxilində
vətəndaş ürəyi
döyünür. Müəllif
teatr sənətinə
təkcə dünənin,
bugünün deyil, həm də sabahın gözü ilə baxır. Bu səbəbdən də elmi-nəzəri
tədqiqat canlı bir salnaməyə çevrilərək bütün
oxucuların diqqətini
çəkmişdir.
Müasir teatrşünaslığımızın
elmi problemlərinin araşdırılması ilə
bərabər, onun həlli yollarının axtarılması, tapılması,
göstərilməsi əlbəttə
ki, milli mədəniyyət və
incəsənətin həm
tənəzzüldən xilas
olması, həm də yeni zirvələr fəth etməsi üçün
ən doğru yoldur.
Ədalət Vəliyev
bir sıra Avropa ölkələrinin
teatrlarında olub. Onların təşkilatlanma
modelinin sxemlərini öyrənib. Dünya təcrübəsindən kifayət qədər bəhrələnməyin yollarını
da maraqlı məqamlarla şərh edən Ədalət Vəliyev Azərbaycan teatrının bazar iqtisadiyyatına keçid
dövründə öz
potensial imkanlarından
elmi-metodoloji əsaslarla
bəhrələnməyin vacibliyini
də göstərmişdir.
"Yeni təməl"də teatrların bünövrələrini daha
da möhkəmləndirməyin
müxtəlif istiqamətləri
öz əksini tapmışdır. Müəlliflərə
bu ideyanı verən isə teatrşünas-alim Ədalət
Vəliyevin onlara təqdim etdiyi iki maraqlı monoqrafiyası olmuşdur.
Azərbaycan.- 2007.- 10 iyun.- S. 6.