Yapon kuklaları Bakıda
Yaponiyanın Azərbaycandakı
səfirliyinin təşəbbüsü
ilə keçirilən
sərginin açılış
mərasimi olub
Dünən Bədii Sərgi Salonunda Yaponiyanın Azərbaycandakı səfirliyinin
təşəbbüsü ilə UYapon kuklalarıF sərgisinin açılış mərasimi
keçirilib. Yaponiyanın
Azərbaycandakı səfiri
Tadehiro Abe belə bir sərginin
ilk dəfə olaraq 2004-cü ilin aprel ayında keçirildiyini vurğulayıb:
UBu, UYapon kuklalarıFnın Bakıya
ikinci səfəridir.
Bu dəfə 70 kukladan ibarət sərgi UYapon kuklalarıFnın fərqli
toplusunda təşkil
olunub. Yaponiya ölkənin tarixini, adət və ənənələrini, hətta
əfsanələrini özündə
əks etdirən zəngin kukla mədəniyyətinə malikdir.
Qədim zamanlardan başlayaraq gündəlik
həyatın bir hissəsi olan kuklaların hər birinin həyatla bağlı xüsusi məna və məqsədi varF. Səfir bu sərginin
bütün dünyanın
dolaşdığını və Bakıya Almaniyanın Köln şəhərindən gəldiyini
deyib: UBu sərgi Bakı nümayişini başa vurduqdan sonra Sloveniyanın Lyublyana şəhərinə gedəcək.
Azərbaycanla Yaponiya arasında mədəni əlaqələrin genişləndirilməsi
bizim üçün
olduqca vacibdir. Güman edirəm ki, bu əməkdaşlıq
daha da genişlənəcəkF.
Mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev sərgidə nümayiş olunan kuklaların Yaponiyanın tarixini əks etdirdiyini deyib. Nazir müavini Bakıda ikinci dəfə olaraq təşkil olunan sərginin çox böyük maraqla qarşılandığını vurğulayıb. Qeyd edək ki, sərginin
nümayişi iyunun
30-a kimi davam edəcək.
Yeni Azərbaycan.-2007.-21 iyun.-S.12.